Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:44

"Dollar kreditlərinin köhnə kursla qaytarılması layihəsi üzərində işləyirik"


Araz Əlizadə
Araz Əlizadə

►Milli Məclisin üzvü Araz Əlizadə: “Dövlət büdcəsi 25 dollardan götürüləcək”

Parlament yaz sessiyasında aztəminatlı ailələrin vəziyyətini yaxşılaşdıran qanun layihələrinə baxa bilər.

Əmək və Sosial Siyasət Komitəsinin üzvü Araz Əlizadə bununla bağlı AzaldıqRadiosuna danışıb:

– Hazırda Komitədə valyuta ilə kredit götürən şəxslərin banklara borclarını ikinci devalvasiyadan əvvəlki kursla, yəni 1.05-lə ödəməsini tənzimləyən qanun layihəsi üzərində işləyirik. Söhbət 10 minə qədər krediti olan şəxslərdən gedir. Başqa təkliflər də var, ancaq onların haqqında hələ danışmaq tezdir, çünki hazırda müzakirə səviyyəsindədir.

– Bəs sizin hansı təklifləriniz var, hökumət devalvasiya ucbatından işini itirən, maddi vəziyyəti ağırlaşan insanlar üçün hansı addımı atmalıdır?

– Mən öz təkliflərimi digərlərinkindən ayırmıram. Komitə işləyirsə, birgə işləyir, işləmirsə, heç kəs işləmir.

– Araz bəy, manatın ikinci devalvasiyasından sonra cəmiyyətdə borca görə intiharlarla bağlı mətbuatda xəbərlərin artdığını görmək olur. Nə baş verir, sizcə?

– İntiharların əleyhinəyəm. İntihar həm dinə, həm də insani münasibətlərə ziddir. Kimsə iqtisadi çətinliyə düşüb intihara əl atırsa, bilməlidir ki, ailəsini daha çətin vəziyyətə salır. Əgər bilsəydim ki, borca görə intihar edən adamın borcu bağlanır, girovdakı əmlak geri qayıdır, bunu anlayardım. İntihar etmiş insanları zəif, düşüncəsiz sayıram. İqtisadi vəziyyətə gəlincə, dünyada neftin qiyməti düşür və bunun başında Amerika Birləşmiş Ştatları dayanır. Bu dövlət özünü eqoistcəsinə aparır və Rusiyaya öz hegemonluğunu göstərmək üçün digər ölkələri rəzil vəziyyətinə salır. Onun Səudiyyə Ərəbistanı kimi nökərləri də neft hasilatını azaltmağın əleyhinə çıxırlar və qiyməti stabilləşdirmək istəmirlər. ABŞ-ın bu siyasəti onun özünə baha başa gələcək, Rusiyaya da baha başa gələcək. Lakin qurunun oduna yaş da yanır. Azərbaycanın bu iki dövlətin bir-birinə eqoistcəsinə münasibətində heç bir rolu yoxdur. Ancaq Azərbaycan kimi dövlətlər itirir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Araz bəy, Azərbaycan hakimiyyəti illərlə uğurlu iqtisadi siyasət apardığını bəyan edib, indi niyə neft qiymətinin girovuna çevrilir?

– Mən sizə bir söz deyim ki, neftin qiymətinin düşməsinin yaxşı cəhəti də var, Azərbaycan da bir çox ölkələr kimi neft iynəsindən kənarda qalacaq və başlayacaq qeyri-neft sektorunu inkişaf etdirməyə. O ölkələr ki, neft qiymətinin enməsi ilə böhrana düşüblər, sizi inandırıram, ağıllı iqtisadi siyasət aparsalar, bu böhrandan daha güclü çıxacaqlar, o cümlədən, Azərbaycan da.

– Manatın birinci devalvasiyasının bir ili yaxınlaşır. Sizcə, bu bir ildə Azərbaycan hökuməti böhrandan çıxmaq üçün hansı təsiredici addımlar atıb?

– Əvvəla, əmanətlərin hamısının tam sığortasına gedildi. Dünyada ilk dəfədir ki, belə addım atılır. Sonra parlamentə yeni büdcə layihəsi veriləcək və büdcə neftin qiymətini 25 dollardan götürülərək formalaşdırılacaq. Qeyri-neft sektorunun inkişafı üçün işlər görülür və bu da insanların işlə təminatına imkan yaradacaq. Bu da gələcəkdə neftdən asılılığı aradan qaldıracaq.

– Araz bəy, prezidentin bir neçə qərarı oldu ki, az sonra ləğv etdi. Məsələn, fiziki şəxslərin ölkəyə 10 min dollar ekvivalentində mal gətirməsi… Sizcə, mövcud vəziyyət öyrənilmədən tələsik qərarlar verilir, ya bu qərarların ləğv edilməsi diktə edilir?

– Azərbaycanda öyrənilmədən heç bir addım atılmır. Hər şey öyrənilir, götür-qoy edilir, sonra qərar verilir. Gömrüklə bağlı qərardan sui-istifadə edən şəxslər oldu. Şəxsi qazancları üçün bu qərardan istifadə elədilər, buna görə də qərar ləğv olundu.

Bəs Almaniyada Məşğulluq İdarələri nə təklif edir?
Gözlə

No media source currently available

0:00 0:16:15 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG