Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:09

Daha 5 bankın dollar satışını dayandırdığı bildirilir


Paşa bank
Paşa bank

Oktyabrın 21-də dollar satışını dayandıran bankların sayının artdığı bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, “Bank VTB”, “Bank Respublika”, “Naxçıvan Bank”ın ardınca “Paşa Bank”“Ekspressbank” da dollar satışını dayandırıb.

Xəbərdə qeyd edilir ki, banklar dollar satışının dayandırılmasının səbəblərini izah etmirlər. Üstəlik, həmin bankların dollar satışını dayandırmaları rəsmən açıqlanmayıb.

Buna da bax:​ Dollar hərracda yenə bahalaşdı

Məzənnə 1,67 manatı ötüb

Agentliyin xəbərinə görə, dollar satışı həyata keçirən banklar, satış qiymətini qaldırıblar. Satış həyata keçirən banklarda manatın məzənnəsi 1.66, 1.67 manat təşkil edib.

Artıq üçüncü gündür ki, dolların rəsmi məzənnəsi də artır. Oktyabrın 18-də dollar 1,5969, 21-də isə 1,6091 manata bərabər olub.

Əksər ekspertlər artım tempinin davam edəcəyini proqnozlaşdırır.

Buna da bax:​ Mərkəzi Bank valyuta qıtlığını şərh etmir

Dollar bahalaşmaqda davam edəcək

İqtisadçı Natiq Cəfərli güman edir ki, dolların məzənnəsi 1,90-1,95 manata qədər yüksələcək. İqtisadçı məzənnənin iqtisadi amillərlə əlaqəli olmadığını ifadə edib.

«Ölkə başçısı dedi ki, növbədənkənar prezident seçkiləri olmayacaq. Bundan sonra dollar bahalanmağa başladı. Həmin günlərdə neft 52-53 dollara qədər bahalandı. Aydın olur ki, manatın məzənnəsi iqtisadi məntiqlə bağlı deyil. Əgər manatın möhkəmlənməsi üçün siyasi amil (növbədənkənar prezident seçkiləri - red) aradan qalxıbsa, dolların məzənnəsi 1,90-1,95 manata qalxacaq», deyə N.Cəfərli bildirib.

Buna da bax:​ Banklar valyuta satışını məhdudlaşdırıb

2 devalvasiyadan sonra dolların rəsmən ən yüksək məzənnəsi 2016-cı ilin martın 11-də - 1,6456 manat, ən aşağı məzənnəsi isə mayın 26-da – 1,49 manat olub.

Mayın 26-dan sentyabrın 9-u arası dollar bahalanaraq 1,6403 manata çatıb.

Avqust ayının axırlarından ölkənin əksər bankları dollar satışını dayandırmışdı. Sentyabrın əvvəlindən hərraca çıxarılan xarici valyutanın məbləğinin artması ilə banklar yenidən dollar satışını bərpa etmişdilər.

XS
SM
MD
LG