Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:22

Paşayevlərin 'Retro' qrupuna daxil şirkətlərin ləğvi başa çatıb


Akademik Arif Paşayev və qızı Mehriban Əliyeva
Akademik Arif Paşayev və qızı Mehriban Əliyeva

«Retro» şirkətlər qrupuna daxil 7 şirkətin mövcudluğuna son verilib. Onlar fəaliyyətlərini holdinqin tərkibində davam etdirirlər. Buraya Bakı və Qubadakı otel və istirahət mərkəzləri, restoranlar, avtomobil satışı və təmiri müəssisələri, ticarət obyektləri və reklamın hazırlanması və yayımı ilə məşğul olan qurum aiddir.

Proses fevralda başlanmışdı

«Retro» şirkətlərinin ləğvi haqqında qərar bu ilin fevralında mediada açıqlanmışdı. Qərara uyğun olaraq, onlar («Retro», «Retro-Cars», «Retro-Albalı», «Retro-Avtoservis», «Retro-Arzu», «Retro-Buzovna», «Retro Dizayn Mərkəzi») «Retro İnşaat» MMC-yə qoşulublar. Prosesi «Legcon Group» hüquq şirkətinin rəhbəri Turqay Hüseynov yönəldib. O, şirkətlərin ləğvinin başa çatmasını AzadlıqRadiosu-na təsdiqləyib.

Buna da bax:​ Beynəlxalq ofşor qalmaqalında Paşayevlərin adı çəkilir

İndən belə şirkət «Retro Holding» MMC adını daşıyır. Onun kapitalı 4 milyon manatdır. Qrupun şirkətləri 2009-2011-ci illərdə qurulmuşdu.

Akademik A. Paşayev və nəvələri

AzadlıqRadiosu-nun araşdırması müəyyənləşdirmişdi ki, yeni qurulan holdinq akademik Arif Paşayevin nəzarətindədir. Ləğv edilən şirkətlərdən biri onun Bakıda - Ü. Hacıbəyov küçəsində olan yaşayış binasındakı mənzilinə qeydiyyatda idi. Digər şirkətlərin Neftçilər prospektindəki qeydiyyat ünvanında isə onun qızı Nərgiz Paşayevanın övladlarına bağlı bir neçə şirkət («Bazarchic LLC», «Bisque LLC») də mövcuddur.

Qəribədir ki, holdinq qurulandan sonra onun bəzi müəssisələrinə aid saytlar bağlanıb.

Buna da bax:​ «Paşa Development» aybaay böyüyür

Xeyriyyə gecəsinin sponsoru

Holdinq öz fəaliyyəti haqqında məlumat vermir. Oktyabrn 27-də Bakıda «Four Seasons» otelində, professor Nərgiz Paşayeva və lord Mayk Germanın da iştirakıyla, İngiltərə-Azərbaycan Cəmiyyəti İcraiyyə Komitəsinin iclası çərçivəsində xeyriyyə gecəsi keçirilib. Tədbirin sponsorları arasında «Retro Holding» MMC də var.

XS
SM
MD
LG