Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:04

Paşinyan demokratiyadan danışanda canlı yayım kəsilib- AzTV deyir, bizlik deyil...


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqaz ölkələrinin liderləri arasında debat keçirilib. Azərbaycan prezidenti (sağ), Gürcüstan (orta) və Ermənistan baş nazirləri 18 fevral 2023
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqaz ölkələrinin liderləri arasında debat keçirilib. Azərbaycan prezidenti (sağ), Gürcüstan (orta) və Ermənistan baş nazirləri 18 fevral 2023

Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində üç Cənubi Qafqaz ölkələrinin liderləri arasında debat keçirilib. Görüşdə Azərbaycan prezidenti, Gürcüstan və Ermənistanın baş nazirləri çıxış ediblər.

Azərbaycanla Ermənistan arasında sülh danışıqları və o cümlədən Qarabağda yaşayan erməni əhalisi, Laçın dəhlizi ilə bağlı məsələlərə Azərbaycan və Ermənistan liderləri qarşılıqlı münasibətlər bildiriblər.

Müzakirələr Azərbaycanda dövlət televiziyası (AzTV) ilə canlı yayımlanıb.

Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı 'dəhşətli müharibədən sonra' (44 gün davam edən İkinci Qarabağ müharibəsi nəzərdə tutulur) ölkəsinin üç dəfə demokratik, azad seçki keçirdiyini deyib və əlavə edib ki, hansı ki, bu bütün dünyada sərbəst, azad və şəffaf seçkilər kimi tanınıb. O problemlərin həll yolunun demokratiya olduğunu deyib...

Bu zaman AzTV-də canlı yayım kəsilib və Ermənistanın baş nazirinin dediklərini sona qədər dinləmək mümkün olmayıb.

Bundan sonra sosial şəbəkələrdə Azərbaycan televiziyasının yayımı Paşinyanın demokratiya və azad seçki fikirlərinə görə, qəsdən kəsdiyi kimi iddialar səslənib.

Amma bir qədər sonra AZTV-yə məxsus sosial şəbəkələrdə canlı yayımın tədbir təşkilatşlarının siqnalı kəsməsi səbəbindən dayandığı barədə məlumat paylaşılıb.

Məlumatda panel müzakirələrinin qısa zamanda tam variantının veriləcəyi vurğulanıb.

"Panel iclasının geniş variantını ən qısa zamanda təqdim edəcəyik" -AzTV-nin açıqlamasında bildirilir.

Hələki tədbir təşkilatçılarının bu məsələyə mövqeyini öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunun erməni xidməti Azadtutyunun tədbirdən verdiyi məlumata görə, Paşinyan fikirlərini belə yekunlaşdırıb.

"...Və dediyim kimi, bizim nöqteyi-nəzərimizdən çıxış yolu demokratiyada, həll şəffaflıqda, həll dialoqda, həll bütün ölkələrə hörmətdədir. Və biz bu istiqamətdə işləməyə hazırıq-Ermənistanın baş naziri bildirib.​

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG