Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:55

Paşinyan: 'Bizə deyirlər ki, status məsələsində gözləntinizi aşağı salın'


Nikol Paşinyan
Nikol Paşinyan

""Əks halda, bizə bel bağlamayın", - beynəlxalq ictimaiyyət deyir. "Ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, sizə kömək edə bilmirik""

“Bu gün beynəlxalq ictimaiyyət bir daha bizə deyir: Dağlıq Qarabağın statusu məsələsində gözləntinizi bir qədər aşağı salın, buna görə Ermənistanla Artsax (Qarabağ) ətrafında böyük konsolidasiyanı təmin etmiş olacaqsınız”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 13-də parlamentdə çıxışında deyib.

“’Əks halda, bizə bel bağlamayın’, beynəlxalq ictimaiyyət deyir. ‘Ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, sizə kömək edə bilmirik’”, – Paşinyan bildirib.

Fərrux yüksəkliklərinin strateji əhəmiyyəti nədir?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

“Bu gün beynəlxalq ictimaiyyət bizə aydın şəkildə deyir ki, dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq təkcə Artsaxa (Qarabağ) deyil, Ermənistana da böyük təhlükədir”, – o, sözlərinə əlavə edib.

“Bu gün dünyada elə bir ölkə yoxdur, yaxud çox az ölkə var ki, sərhədlərindən məmnun olsun, yaxud onları ədalətli hesab etsin”, – deyən Paşinyan sülhə alternativin olmadığını vurğulayıb.

"Sülh sazişinin mümkün qədər tez imzalanması"

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub. Aprelin 11-də iki ölkənin xarici işlər nazirlərinin birbaşa telefon söhbətində bu məsələləri müzakirə etdiyi bildirilir.

Paşinyan çıxışında iki ölkənin xarici işlər nazirinin sülh sazişi üzrə hazırlıqlara başlamasına razılıq verdiyini deyib. “Bu praktikada nə deməkdir, qrafiki, formatı necə olacaq, bunu müzakirə edib qərarlaşdırmaq lazımdır. Amma Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması bizim planlarımıza daxildir”, – o söyləyib.

Mövqelərin “beynəlxalq legitimliyi”

Paşinyan Dağlıq Qarabağın status məsələsində Ermənistanın mövqelərinin “beynəlxalq legitimliyini” möhkəmləndirməyin vacibliyini vurğulayıb. Bu baxımdan Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddiası üzrə qətnamənin əhəmiyyətindən danışıb. İddia irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə konvensiyaya əsaslanır. Paşinyan tezliklə qəbulu gözlənilməyən bu qətnamənin Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının qorunmasında əsas faktora çevriləcəyini, “beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın statusunu qavramasında gözləntiləri artıracağını” söyləyib.

Paşinyan Azərbaycanın öz hərəkətləri ilə Ermənistanın iddiasını daha çox əsaslandırdığını deyib. O, Bakıda açılmış “Qənimətlər parkı”nda erməni manekenlərin Beynəlxalq Məhkəmənin qərar nəticəsində yığışdırıldığını vurğulayıb.

BMT Ədalət Məhkəməsi dekabrın 7-də həm Ermənistanın Azərbaycandan şikayəti, həm də Azərbaycanın Ermənistandan şikayəti barədə iki ayrıca qərar çıxarıb. Azərbaycan da həmin qərarı alqışlamışdı. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb”,Azərbaycan XİN bildirirdi.

Sərhəd komissiyası

Paşinyan Azərbaycanın sülh danışıqlarına çıxmaza salacağını, Ermənistana və Qarabağa qarşı “yeni aqressiv hərəkətlərə” əl ata biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Yerevanın belə bir narahatlığı var və bütün riskləri nəzərə alaraq “qənaətə gəlmişik ki, bir yerdə qalmaq və prosesdə proqresin olmaması nəinki riskləri azaldır, əksinə, onları daha da dərinləşdirir. Buna görə də Brüsseldə aprelin sonunadək Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhədlərin təhlükəsizliyi məsələləri üzrə komissiya yaradılması haqda razılığa gəldik və işə başladıq”. Paşinyan komissiyanın ikili mandatı olacağını, sərhəddə monitorinq səlahiyyəti olacağını bildirib.

“Onun həm də sərhəddə təhlükəsizlik və sabitliyi artırmağa yönəlik konkret təkliflərlə çıxış etmək imkanı olacaq. Gərəkərsə, bu prosesə beynəlxalq ekspert potensialı cəlb etmək mümkün olacaq. Hazırda komissiyanın formatı və tərkibi üzərində işləyirik, ən geci aprelin 30-da onun tərkibini dəqiqləşdirməliyik”, – baş nazir söyləyib.

Azərbaycan 2020-ci il müharibəsindən sonra Ermənistanın təcavüz iddialarını rədd edib, yalnız mövqelərini dəqiqləşdirdiyini bildirib.

XS
SM
MD
LG