Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:47

Paşinyan Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaratmağı təklif edir


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan son sülh sazişi planında Qarabağ ətrafında beynəlxalq təminatlarla hərbsizləşdirilmiş zona yaradılmasını təklif edir. Bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan deyib ki, ilk dəfə "hərbsizləşdirilmiş zona" ideyasını oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə səsləndirib.

Paşinyan qeyd edib ki, belə bir zona yaradılarsa, Qarabağa "özünümüdafiə ordusu" lazım olmaya bilər. “Bu təklif hələ də qüvvədədir”, – o söyləyib.

Bir qrup azərbaycanlı fəal dekabrın ortasından Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində etiraz aksiyası keçirir, Qarabağdakı filiz mədənlərinin özlərinin dediyi kimi, qanunsuz istismarına etiraz edir. Yerevan Bakını Qarabağı blokadaya salmaq cəhdində ittiham etsə də, Azərbaycan rəsmiləri bu ittihamları rədd edirlər.

+++

Ermənistan fevralın 15-də sülh sazişi layihəsinin növbəti mərhələsi üzərində işi bitirərək təkliflərini Azərbaycan tərəfə göndərib. Bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan qeyd edib ki, sənəd ATƏT-in Minsk qrupu həmsədri olan ölkələrə də verilib.

“Təkliflər deyəndə bizim təkliflərimizlə birlikdə tam sənədin layihəsi başa düşülməlidir. Biz layihə üzərində belə bir məntiqlə işləyirik: istənilən vaxt imzalamağa hazır olduğumuz sənədi əldə etmək. Aydındır ki, bu sənəd Azərbaycan üçün də qəbulediilən olmalıdır. Ümid edirik ki, danışıqların üç raundu nəticəsində müşahidə olunan müəyyən proqresi inkişaf etdirmək mümkün olacaq”, – hökumətin başçısı vurğulayıb.

Ermənistan rəsmisi: 'Sülh müqaviləsinin mətnində Qarabağın da adı çəkilir'
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Sülh sazişi müharibəyə aparmasın...

Xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün öncə Berlində demişdi ki, Azərbaycan sülh sazişi üzrə Ermənistan tərəfin təkliflərinə cavab verib və hazırda Yerevan onların üzərində işləyir.

Paşinyanın sözlərinə görə, sənəd elə bir razılaşmalar məntiqinə əsaslanmalıdır ki, davamlı və sabit sülhün istənilən pozuntusunu istisna etsin.

“Sənədin imzalanması yeni, bu sülh sazişi əsasında müharibəyə aparmamalıdır. Bu, absurd səslənsə də, belə bir ssenari də mümkündür. Əksinə, bu həqiqətən də davamlı sülh anlamına gəlməlidir”, – deyən Paşinyan Ermənistan hökumətinin və şəxsən özünün mümkün qədər tez belə bir razılaşmanı imzalamağa hazır olduğunu vurğulayıb.

Xatırlatma

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bugünlərdə deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində Dağlıq Qarabağın adı çəkilir, amma bu, hələ yekun sənəd deyil.

Azərbaycan XİN isə bu açıqlamaya cavabında qeyd edib ki, danışıqlar prosesində “Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü, bu barədə müddəanın ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri əsassızdır” və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG