Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:04

Paşinyan Azərbaycanı yeni hücum üçün bəhanə yaratmaqda suçlayır


Ermənistan-Azərbaycan sərhədində avropalı müşahidəçilər: Yerevanda bunu öz uğurları sayırlar
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Ermənistan-Azərbaycan sərhədində avropalı müşahidəçilər: Yerevanda bunu öz uğurları sayırlar

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Ermənistana yeni hücum üçün bəhanə yaratmaqda suçlayıb.

“Azərbaycan özünün atəşkəsi pozmasını daim Ermənistanın adına yazır. Aydındır ki, bu, Ermənistana qarşı yeni hərbi təcavüz üçün zəmin yaradır”, – Paşinyan tvitində yazıb. O, “atəşkəs rejiminə nəzarət və sərhəddə təhlükəsizliyin təminatı üçün daimi işlək beynəlxalq mexanizmin gərəkdiyini” sözlərinə əlavə edib.

Tarixi görüntülər - Müstəqillik Aktı belə qəbul edildi
Gözlə

No media source currently available

0:00 0:16:13 0:00

Azərbaycanın mövqeyi

Azərbaycan hələlik, bu ittihamlara rəsmi reaksiya verməyib.

Ancaq Azərbaycanın Müdafiə Nazirliyi (AMN) oktyabrın 17-də yaydığı açıqlamada Ermənistanı sərhəddə gərginlik yaratmaqda günahlandırıb. Nazirlik bildirir ki, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun Daşkəsən istiqamətində bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 artilleriya qurğusunu cəmləşdirməsi müşahidə edilib.

“Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - AMN qeyd edir.

Əliyevin Makronu ‘yıxıb-sürüməsi’ sülh danışıqlarına necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Sentyabr toqquşmaları

Son günlər Yerevanla Bakı bir-birini mövqelərin atəşə tutulmasında ittiham edir. AzadlıqRadosunun erməni xidməti “Azatutyun” sentyabrda sərhəd toqquşmalarından öncə də belə bir vəziyyətin yaradığını yada salır.

Sentyabrın 13-14-də baş verən toqquşmalara görə tərəflər bir-birini suçlayır. Azərbaycan 80-ə yaxın, Ermənistan 207 hərbçisinin həlak olduğunu açıqlayıb.

Oktyabrın 17-də Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri artıq Ermənistana müşahidə missiyası göndərməklə bağlı qərarı təsdiqləyib.

Belə bir missiya üzrə razılaşma ayın əvvəlində Praqada əldə olunub. Azərbaycan və Ermənistan liderləri Fransa və Aİ rəhbərliyinin vasitəçiliyi ilə görüşəndən sonra mediaya bu haqda açıqlama verilib.

Müstəqillik Aktının müəlliflərindən biri danışır
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

40 ekspert-müşahidəçi

Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel deyib ki, blok özünün əsas məqsədinə sadiqdir.

“Ermənistan-Azərbaycan sərhədi boyunca 40 ekspert-müşahidəçinin yerləşdirilməsində məqsəd insanların həyatına təhdid yaradan və münaqişənin tənzimlənməsi prosesini pozan qeyri-sabit vəziyyətdə etimad yaratmaqdır. Bu, Aİ-nin Cənubi Qafqazda daimi sülhün əldə olunmasına tam sadiqliyinin sübutudur”, – Borrel vurğulayıb.

Ekspertlər Ermənistana Gürcüstandan gələcəklər. Aİ 2008-ci ildə, qısamüddətli Rusiya-Gürcüstan müharibəsindən sonra həmin ölkəyə 200 nəfərlik mülki missiya yerləşdirib. Aİ Nazirlər Şurasının Baş Katibliyinin məlumatına görə, ekspertlərin Gürcüstandan göndərilməsində məqsəd maksimum sürətlə yerləşmədir, bu zaman Gürcüstandakı müşahidə missiyasına zərər dəyməyəcək.

Ekspertlər Ermənistanda regiondakı vəziyyəti müşahidə, təhlil edəcək, məruzə hazırlayacaqlar. Missiya müvəqqəti xarakterlidir, sərhəddə maksimum iki ay qalacaq.

Xatırlatma

Aİ müşahidəçilərinin ilk qrupu texniki dəyərləndirmə məqsədilə bir neçə gündür Ermənistandadır.

Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə deyib ki, missiyanı Azərbaycan tərəfinə də göndərmək cəhdləri olub, amma qətiyyətlə rədd edilib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıblar.

İki ölkə rəsmiləri ilin sonunadək sülh sazişinin imzalanacağını istisna etmirlər.

XS
SM
MD
LG