Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:00

Ermənistan baş nazirinin sözləri Azərbaycanda belə yozulur...


'Qarabağ ermənilərinə Yerevanda deyirlər ki... torpağınızı qorumadız'
Gözlə

No media source currently available

0:00 0:06:47 0:00

'Qarabağ ermənilərinə Yerevanda deyirlər ki... torpağınızı qorumadız'

Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın 13-də Azərbaycan prezidentinin iki ölkə arasında əlaqənin bərpa edilməsi ilə bağlı dediklərinə münasibət bildirib: “İran İslam Respublikası Naxçıvanla Azərbaycanın qalan hissəsi ilə əlaqəni necə təmin edirsə, biz də həmin şərtlərlə bu əlaqəni həm dəmiryolu, həm də avtomobil nəqliyyatı ilə təmin etməyə hazırıq”.

Nikol Paşinyan əlavə edib ki, yollar və sərhədlər ölkələrin suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası prinsipləri əsasında açılmalıdır.
Prezident İlham Əliyevin yanvarın 10-da demişdi ki, “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”. Onun sözlərinə görə, əks halda, " əgər, dediyim marşrut (Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı Ermənistanın Sünik bölgəsindən keçməli olan yol-red) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik".

Onun sözlərinə görə, yolun təhlükəsizliyi də önəmlidir: "...Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr (2020. Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi imzalayıb) bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki, bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın (Yerevan) aeroportundadırlar...”

“İran heç vaxt postsovet məkanında olmayıb”

Bəs Ermənistan rəhbərliyinin bu dediklərinə rəsmi Bakının cavabı nədir? Hələlik, Ermənistan Baş nazirinin dediklərinə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma hakim Yeni Azərbaycan Partiyasından deputat Hikmət Babaoğlu “Turan”a bildirib ki, “Zəngəzur dəhlizi” ilə bağlı yeni təşəbbüslərə şərh verməyə ehtiyac yoxdur:

“Çünki Zəngəzur adı keçməsə belə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək maneəsiz keçidlə bağlı Paşinyanın öhdəliyi var. Üçtərəfli sazişdə bu öz əksini tapıb. Ona görə də biz yenidən, heç nə olmamış kimi mümkün siyasi mülahizələri müzakirə etməkdən çəkinməliyik. Paşinyanın bu fikirləri çox uğursuzdur. İran heç vaxt postsovet məkanında olmayıb. Azərbaycanın bir ərazisindən onun digər ərazisinə heç vaxt İran ərazisindən “Zəngəzur” kimi keçid olmayıb”.

Deputat qeyd edib ki, kommunikasiyalar açılmalıdır və bu heç bir başqa dövlətlə Azərbaycan arasında olan əlaqələrlə müqayisə edilməməlidir: “Çünki bizim heç vaxt İranla belə bir qarşılıqlı öhdəçiliyimiz olmayıb ki, kimsə kiminsə ərazisindən maneəsiz keçid verəcək. Ermənistanla isə bu sənəd var. ”.

H. Babaoğlunun fikrincə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları ilə bağlı məsələ daha çox Ermənistan və Rusiyanın problemidir: “Amma bütün hallarda söhbət yenə 10 noyabr 2020-ci il tarixli imzalanmış üçtərəfli bəyanatından gedir. Bu bəyanatın maddələrinin hər hansı birinin etibarsızlaşdırması digərlərinin də etbarsızlaşması deməkdir. Ona görə Paşinyan nə qədər imtina etsə də, belə razılaşma var”.

“Qərblə yerli-yersiz konfliktlər yaratmaq...”

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, bu baş verənlər Azərbaycanın son dövrlər xarici siyasət vektorunda çox ciddi dəyişiklər ilə müşayiət olunur: “Ümumiyyətlə Azərbaycanda son aylar ərzində Rusiya təsirinin güclənməsi əlamətləri, digər tərəfdən isə Azərbaycanın Qərblə yerli-yersiz konfliktlər yaratmaq cəhdləri özünü göstərir”.

Ekspert qeyd edib ki, Azərbaycanın hökümət mediasında son günlər rusiyalı politoloqların, Kreml təbliğatçılarının müxtəlif fikirləri çox intensiv yer almaqdadır: “Digər tərəfdən Azərbaycan rəsmilərinin dilindən Qərb ölkələrə münasibətdə son dərəcədə tənqidli fikirlər səslənir. Bunların səbəbi ola bilər ki, qarşıdan gələn seçkilərlə bağlıdır və Azərbaycan hakimiyyəti Rusiya təzyiqindən yayınmaq üçün belə addımlar atır. Amma bu çox da inandırıcı deyil”.

“Azərbaycan yenə Rusiya maraqlarının ifaçısı rolunda çıxış edir”

Ə.Oruclunun fikrincə, qəribə mənzərə yaranır, sanki Azərbaycan bütün müstəvilərdə Rusiya maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərir: “O cümlədən də “Zəngəzur” dəhlizi məsələsində. Səbəb isə çox sadədir. Görünür ki, rəsmi Bakı Moskva qarşısında öhdəliklər götürüb və onları yerinə yetirir”.

Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” məsələsini ikitərəfli qaydada çözmək olar: “Maraqlısı budur ki, Ermənistan buna razılıq verir, Azərbaycan isə deyir ki, yox, Rusiya orada iştirak etməlidir. Azərbaycan yenə Rusiya maraqlarının ifaçısı rolunda çıxış edir. Problem elə budur”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG