Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:36

Paşinyan: ‘Sülhü ordu tələb edirdi’


Azərbaycan və Rusiya prezidentləri ilə birgə bəyanatı imzalamaq qərarı, Ermənistan ordusu sülhə nail olmağın zəruruliyi məsələsində dəfələrlə israr etdikdən sonra qəbul edilib.

AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da Facebook vasitəsilə canlı efirində deyib:

“Mən bu qərarı mahiyyət etibarilə ordu belə bir addıma getməyin zəruruiliyində israr etdikdən sonra qəbul etmişəm. Yəni, siz başa düşünürsünüzmü, ordunun “dayanmaq lazımdır” deməsi nə deməkdir? Çünki bizim həlli ya görünməyən, ya da həlli üçün resursları tükənmiş müəyyən problemlərimiz var...”

Paşinyan dediklərini izah etməyə çalışıb:

“Məsələn hərbi hissə, polk döyüş məqsədləri ilə göndərilməlidir. Amma bu polkun, hərbi hissənin qapıları yerli yaşayış məntəqələrinin sakinləri tərəfindən bloklanır. Buranı maşınlar əhatə edir və hərbi texnikanın hərbi hissədən çıxmasına imkan vermir. Bizdə onlarca belə hal olub. Bu, ön cəbhədəçox ciddi, ağır nəticələrə gətirib çıxarıb. Daha bir problem – bizim səfərbərlik sistemimizin problemidir. Təcrübə göstərdi ki, mülki həyatdan gələn adamlar döyüş əməliyyatlarında tam iştiraka hazır olmadılar”.

Pashinyanın istefasını tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

7 rayonun qaytarılması məsələsi

Paşinyan deyib ki, birgə bəyanatın imzalanacağına dair məlumatın əvvəlcədən elan edilməməsi ordunun döyüş qabiliyyətinin saxlanması olub:

“Siz bəyantın məzmunu ictamiyyətə elan edəndə, bunu izah etməlisiniz...Bununla da siz düşmənə müəyyən zəif cəhətlərinizi göstərə bilərsiniz”.

Nikol Paşinyan atəşkəsin müharibənin ilk günündə - sentyabrın 27-də atəşkəsin imzalanmaması səbəbinə də toxunub.

O deyib ki, o vaxt da şərt 7 rayonun qaytarılması idi:

“Bu müharibə qaçılmaz idimi və ondan qaçmaq oalrdımı? Mən açıq deyəcəyəm. Bu müharibədə yalnız bir imkanı var idi. Qarabağın statusunun müəyyən etmədən 7 rayonun təslim edilməsi”.

Paşinyan deyib ki, bu məsələ ondan əvvəlki hökumətlərin apardıqları danışqılardan miras qalıb:

“Biz bilirdikmi ki, müharibə olacaq. Əlbəttə bilirdik. Biz bu müharibəyə hazırlaşırdıqmı? Əlbəttə hazırlaşırdıq və biz Azərbaycana qarşı müharibəyə hazırlaşırdıq. 2020-ci ilin iyulu göstərmişdi ki, biz Azərbaycana qarşı müharibəyə hazırıq. Azərbaycan görürüdü ki, o yalnız öz silahlı qüvvələri ilə uğur qazana bilməz”.

Ermənistan baş naziri iddia edib ki, müharibənin taleyini ona Türkiyənin müdaxilə etməsi həll edib.

XS
SM
MD
LG