Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:49

Erməni ekspertlər Paşinyanın qələbə şansı haqqında


Ermənistanda seçkiöncəsi vəziyyət necədir? Ən son xəbərlər
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Ermənistanda seçkiöncəsi vəziyyət necədir? Ən son xəbərlər

Ermənistanda seçkini izləyən bir sıra təhlilçilər hesab edirlər ki, Nikol Paşinyanın 17 iyun mitinqindəki izdiham, onun seçkidə daha çox irəli çıxacağını ehtimal etməyə əsas verir.

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla 10 noyabr atəşkəs sazişini imzalayıb və əsas rəqibi, keçmiş prezident Robert Koçaryandan fərqli olaraq hələ ki, müharibə çağırışları etmir.

Ermənistanda ictimai fəal İşxan Verdyan deyir ki, son mitinq Paşiyanın nüfuzlu olduğunu göstərdi:

“Koçaryanın şansı yoxdur. Əgər Paşinyanın mitinq videolarına baxsanız görərsiniz ki, ora inqilab dövründən daha çox adam gəlmişdi. Bu o deməkdir ki, onu hakimiyyətə gətirənlərdən daha çox tərəfdarı var. Əgər hansısa fors major olmasa, Nikol Paşinyan əminliklə qələbə qazanacaq”.

Paşinyan uduzsa...

ABŞ-ın Cənubi Kaliforniya Universitetinin erməniləri araşdırma institutunun baş tədqiqatçısı Emil Sanamyan iyunun 20-də keçiriləcək parliament seçkilərini Ermənistan üçün tarixi əhəmiyyətli hesab edir, çünki Ermənistan sonuncu Qarabağ müharibəsindən uduzmuş çıxıb, bu isə Paşinyan hakimiyətinə inamı sual altına qoyub:

“Təəssüf ki, Ermənistanda rəy sorğusu və exit-poll o qədər də çox deyil, amma mövcud olanlar əsasında demək olar ki, iştirakçıların heç biri 50 faizdən artıq səs toplaya bilməyəcək və nə Paşinyan, nə də Koçaryan parlamentdə mütləq üstünlük əldə edə bilməyəcək. Odur ki, digər partiyaların nə qədər səs yığması və fraksiyaların formalaşması mühüm addım olacaq. Hazırda Serj Sarkisyanın bloku və Qagik Sarukyanın partiyası daha yüksək şanslı görünür və ola bilsin ki, onlar Koçaryanla koalisiya qursunlar və ona baş nazir olmaqda kömək etsinlər”.

Emil Sanamyan deyir ki, Paşinyan məğlub olarsa, onun bunu qəbul edib-etməyəcəyi də sualdır, əgər məğlub olarsa, ya gərək türməyə getsin, ya da mühacirətə.

Paşinyan, yoxsa Koçaryan? Ermənistandan baxışlar
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

“Koçaryan üçün artıq gecdir”

Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan deyir ki, son aylar Koçaryanın nüfuzu artıb:

“Koçaryanın nüfuzu sürpriz şəkildə iki səbəbdən artdı. Birincisi, Ermənistan Azərbaycan sərhədindəki qarşıdurma, ikincisi Paşinyan hakimiyyətinin zəifliyi. Bu iki amil Koçaryanı populyarlaşdırdı. Amma ki, məncə, yenə də seçkidə irəli çıxmaq üçün bu, yetərli olmayacaq. Koçaryan üçün çox gecdir”.

Ermənistandakı seçkidə 21 partiya və dörd siyasi alyans mübarizə aparır.

Ən ciddi mübarizənin Paşinyanın Vətəndaş Müqaviləsi və keçmiş president Robert Koçaryanın Erməni Alyansı arasında gedəcəyi gözlənilir.

Keçən il Qarabağ müharibəsində uduzduqdan sonra Paşinyana qarşı etirazlar başladı, o da istefa verib erkən seçki çağırmağa məcbur oldu.

XS
SM
MD
LG