Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:45

Pentaqon Rusiyanın Türkiyəyə qarşı “İŞİD ittihamları”nı rədd edir


Steve Warren
Steve Warren

Pentaqonun sözçüsü Türkiyənin guya Suriyadakı İŞİD-lə neft alış-verişində olduğu barədə Moskvanın “dəlillərini” rədd edib.

Pentaqonun sözçüsü Türkiyənin guya Suriyadakı İŞİD-lə neft alış-verişində olduğu barədə Moskvanın “dəlillərini” rədd edib.

Bundan bir gün əvvəl Pentaqonun rəhbəri – ABŞ müdafiə naziri Ashton Carter Konqres qarşısında çıxış edərkən Türkiyənin “İŞİD-ə qarşı kifayət qədər səylə döyüşmədiyini” bildirmişdi.

Gəlin bu məsələni aydınlaşdıraq: Biz türklərin hər hansı bir şəkildə İŞİD-lə birgə işlədiyi barədə bütün iddiaları qətiyyətlə rədd edirik. Bu, absurd və bir növ axmaq iddiadır

Müdafiə naziri həmçinin Türkiyənin hava zərbələrinin daha çox kürd PKK təşkilatını hədəflədiyini dilə gətirmişdi.

“Gəlin bu məsələni aydınlaşdıraq: Biz türklərin hər hansı bir şəkildə İŞİD-lə birgə işlədiyi barədə bütün iddiaları qətiyyətlə rədd edirik, - deyib İŞİD-ə qarşı ABŞ koalisiyasının sözçüsü polkovnik Steve Warren, - Bu, absurd və bir növ axmaq iddiadır.”

Warren Rusiya Müdafiə Nazirliyinin bundan əvvəl Türkiyə və prezident Erdoğanın İŞİD-lə neft alış-verişində olduğu barədə təqdim etdiyi “dəlilləri” – peyk fotolarını və xəritələri rədd edib.

“Türklər İŞİD-ə qarşı döyüşdə həmişə bizim böyük tərəfdaşımız olublar. Onlar bizim təyyarələrimizin yerləşdirilməsi üçün baza veriblər, özləri də İŞİD üzərinə hava zərbələrini davam etdirirlər və mötədil Suriya müxalifətini dəstəkləyirlər” – deyib polkovnik.

Dövlət Departamenti: Köhnə söhbətdir…

Az sonra ABŞ Dövlət Departamenti də buna bənzər bəyanatla çıxış edib.

Dövlət Departamentinin sözçüsü Rusiyanın sənədli dəlillərini rədd etdiyini bildirib, hərçənd deyib ki, bu sənədləri hələ görməyib.

Toner deyib ki, İŞİD birbaşa neft qaçaqmalçılığından deyil, qaçaqmalçılardan qopardığı töycünün hesabına mənfəət götürür

Türkiyənin İŞİD-lə neft alış-verişinə dair iddialar barədə danışarkən Toner deyib ki, İŞİD birbaşa neft qaçaqmalçılığından deyil, qaçaqmalçılardan qopardığı töycünün hesabına mənfəət götürür.

O həmçinin bildirib ki, neft qaçaqmalçılığı barədə söhbətlər artıq “on ildir ki” davam edir.

Rusiyanın hökumətə yaxın mediası Pentaqonun bəyanatına şübhə ilə yanaşır.

Moskva mediası bildirir ki, ABŞ İŞİD-in neftdən gəlir götürdüyünü bilsə də, onların nəzarətində olan neft infrastrukturuna noyabr ayınadək zərbə endirməyib.

XS
SM
MD
LG