Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:35

SDİ: ‘Həmməruzəçi vəzifəsindən kənarlaşdırılsın’


Florin Cezar Preda və Stefan Schennach
Florin Cezar Preda və Stefan Schennach

Sülh və Demokratiya İnstitutu (SDİ) rumıniyalı deputat Cezar Predanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan üzrə həmməruzəçilikdən kənarlaşdırılmasını istəyir.

İnstitut bununla bağlı açıqlama yayıb.

Açıqlamada vurğulanır ki, bu il sentyabrın 7-də Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçilər Stefan SchennachCezar Preda-nın hazırladığı «Thefunctioning of democratic institutions in Azerbaijan» adlı qətnamə layihəsi qəbul edilib.

Buna da bax:​ Həmməruzəçilər 'Turan' Agentliyində olublar

Həmin sənədin, oktyabrın 11-də AŞPA-nın sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır:

“Bu mətni oxuyanda həmməruzəçilər arasında Azərbaycanda vəziyyətin qiymətləndirilməsində ziddiyyətlər, həqiqətin saxtalaşdırılması və yalan məlumatlar açıq-aşkar görünür”, - açıqlamada qeyd edilir.

Preda işinin öhdəsindən gəlmir?

Müəlliflərə görə, qətnamənin mətnini, Preda ilə görüşən Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin məlumatlarını və Avropa ölkələrindən olan deputatların onun barəsində dediklərini təhlil etdikdə bəzi düşüncələr ortaya çıxır:

Buna da bax: AŞPA Monitorinq Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama verib

“Bu adam Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında həqiqəti yazmağı ya bacarmır, ya da istəmir”.

Daha sonra açıqlamada bildirilir ki, Azərbaycan hakimiyyətinin bəzi təmsilçiləri 2012-2015-ci illərdə Avropadan olan siyasətçilərə iri məbləğdə rüşvət verməkdə ittiham edilirlər.

Müəlliflər xatırladır ki, 2016-cı ildə Azərbaycanda insan haqları ilə bağlı hesabat hazırlayan belçikalı deputat Alan Deksterlə bağlı da mətbuatda bu istiqamətdə tənqidi yazılar dərc edilmişdi. Nəticədə O, istefa verdi.

SDİ bütün bunları nəzərə alaraq AŞPA-ya üz tutaraq Cezar Preda-nın həmməruzəçilikdən uzaqlaşdırılması məsələsini gündəmə gətirir. Açıqlamaya, hələlik, Cezar Preda-nın münasibətini almaq mümkün olmayıb.

Buna da bax:​ Həmməruzəçilər: ‘Bakı öz öhdəliklərini yerinə yetirməlidir’

Ancaq Azərbaycan rəsmiləri pul və bahalı hədiyyələr hesabına Avropada bəzi siyasətçiləri əla almalarına aid iddiaları təkzib edirlər. Onlar deyirlər ki, belə fikirlər Azərbaycanın sevməyan, onun uğurlarına qısqanan qüvvələrin şər və böhtanlarından ibarətdir.

Belçikadan olan həmməruzəçi Alan Dekster isə istefasını heç də tənqid və ittihamları qəbul etməsi ilə izah etməmişdi. O bildirirdi ki, sadəcə bu proses onu bezdirib.

Xatırlatma

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 2014-cü ildə həbs edilib. O, 2015-ci ildə vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa ağır cinayətlərdə ittiham edilərək əmlakları müsadirə olunmaqla 8 il 6 ay həbs cəzası alıb.

Buna da bax:​ Avropa Məhkəməsi Yunusların mülkiyyət şikayətini araşdırır

Həmin ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib, Leyla Yunus şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemlərinin olduğu bildirilən Leyla Yunusun müalicə məqsədi ilə xaricə getməsinə icazə verilib. Sonradan Ali Məhkəmə apellyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

XS
SM
MD
LG