Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:02

"Putin" odekolonu da gəldi...


"Putin"
"Putin"

-

Moskvada “Leaders number one” adlı odekolonun təqdimatı keçirilib.

Onun yaradıcıları deyirlər ki, Rusiya prezidenti Vladimir Putindən ilham alıblar.

100 millilitri 6000 rubl (82 dollar) olan odekolon məhdud seriyada, cəmi 2000 ədəd buraxılıb.

Vladimir Putinin adını daşıyan bu odekolon Moskvanın məşhur QUM mağazasına xüsusi stenddə təqdim olunub. Onun hazırlanmasında məşhur Belarus parfümeri Vladislav Rekunov da iştirak edib.

"Ətir qətiyyəti, həlimliyi və davamlılığı ifadə edir" - deyə o bildirib.

Bildirilir ki, ətrin satışından toplanmış vəsaitin bir hissəsi müalicəyə ehtiyacı olan uşaqlara yardıma və Moskva ətrafındakı uşaq evlərinin birində Yeni İl şənliyinin təşkilinə yönəldiləcək. Eksklüziv kişi parfümünün bir ay satışda olacağı gözlənilir.

Bu, istehsalçıların Rusiya prezidentindən ilham alaraq yaratdıqları ilk xüsusi kolleksiya deyil. Bu vaxta qədər satışa putinli futbolkalar, habelə eksklüziv “Putin” dizaynlı iPhone və Apple saatları da çıxarılıb.

XS
SM
MD
LG