Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:49

Putindən Kadırovun qovulmasını tələb edirlər


Ramzan Kadırov Vladimir Putinin qəbulunda
Ramzan Kadırov Vladimir Putinin qəbulunda

Müxalifətçi İlya Yaşin bildirir ki, Çeçenistanda bölgənin öz qaydaları qüvvədədir və Rusiya qanunları faktiki olaraq işləmir

Rusiyada müxalifət siyasətçisi İlya Yaşin fevralın 7-də Rusiya prezidenti Vladimir Putindən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu işdən qovmasını tələb edən petisiya dərc edib.

CurrentTime yazır ki, petisiya artıq on minlərlə imza toplayıb, lakin bununla bağlı Kremldən hələki reaksiya yoxdur.

Yaşin petisiya mətnində qeyd edir ki, Ramzan Kadırov son 15 ildə respublikanın başçısı kimi Çeçenistanda Rusiya daxilində “əlahiddə dövlət” yaradıb.

Onun sözlərlə görə, bununla belə Kadırovun özü də etiraf edib ki, respublika Rusiya olmadan heç bir iqtisadi problemini həll edə bilməz və “heç üç ay da ayaqda qalmaz”.

Yaşin bildirir ki, Çeçenistanda bölgənin öz qaydaları qüvvədədir və Rusiya qanunları faktiki olaraq işləmir.

Müxliafətçi əlavə edir ki, Çeçenistanda yalnız Kadırova tabe olan ordu yaradılıb.

"O dəfələrlə Rusiyanın digər bölgələrindən olan güc strukturu əməkdaşlarına atəş açılmasına şəxsən göstəriş verib”.

Yaşin bildirib ki, Rusiya güc strukturları Çeçenistanda yalnız Kadırovun razılığı ilə fəaliyyət göstərə bilir.

İlya Yaşinin sözlərinə görə Kadırov və onun ətrafı, habelə yerli məmurlar jurnalistləri, insan haqları müdafiəçilərini, hakimləri və onların ailə üzvlərini təhdid edirlər.

“Salam, Ramzan...”

Müxalifətçi petisiya ilə yanaşı Kadırova açıq videomüraciət də dərc edib.

Video bu sözlərlə başlanır:

"Salam Ramzan, mən sənin əlaltılarının 7 il əvvəl qətlə yetirdikləri Boris Nemtsovun dostu İlya Yaşinəm...”

Kadırov hələki petisiya və videomüraciətə münasibət bildirməyib.

Vladimir Putinin sözçüsü Dmitri Peskov petisya barədə suala cavab verərkən deyib ki, Kremldə bu sənədi ciddi qəbul etmirlər.

Onun sözlərinə görə, Change.org saytında səsvermə anonimdir və onu botlarla da idarə etmək olur.

Kadırovun tənqidçiləri deyirlər ki, zorakılıq hədələri və qətl çağırışları onun və yaxın çevrəsinin dilindən tez-tez səslənir.

Putin qarışmayacağını deyib

Çeçenistan başçısı təkcə Rusiya siyasətçilərini, jurnalistlərini və insan haqları müdafiəçilərini yox, həm də xariciləri – Ukrayna və Fransa karikatürçülərini hədələyir.

Son hadisə federal hakim Saidi Yanqubayevin həyat yoldaşı Zarema Musayevanın Nijni Novqorod şəhərindəki mənzilindən oğurlanaraq zorla Çeçenistana aparılması ilə bağlıdır.

Bu hadisə onun oğullarının fəaliyyətləri ilə əlaqələndirilir.

Kadırov bundan əvvəl Yanqulbayev ailəsini dəfələrlə təhdid edib.

O deyib ki, bundan sonra bu ailə “arxasına baxa-baxa, hər qapı döyülməsindən diksinərək yaşayacaq”.

Kadırov bunu da deyib ki, bu ailənin yeri “ya həbsxanada, ya da yerin altında olmalıdır”.

Buna baxmayaraq Putin deyib ki, Kadırovun işlərinə qarışmaq niyyətində deyil.

XS
SM
MD
LG