Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:52

Jurnalistlər ‘Putinin pul kisələrini’ tapıblar


Jurnalistlər aşkar ediblər ki, LLC Invest şirkətinin strukturları vasitəsilə əksərən Vladimir Putinin yaxın dostlarına aid 80-dən çox şirkət əlaqə saxlayır və əməkdaşlıq edirlər

Rusiyanın LLC Invest firması və onunla bağlı şirkətlər ehtimal ki, Rusiya prezidenti Vladimir Putinə və onun yaxınlarına öz aktivlərini idarə etməkdə kömək edirlər.

Rusiyanın Meduza qəzeti və Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi - OCCRP qrupunun birgə hazırladıqları təhqiqat hesabatında belə deyilir.

Jurnalistlər aşkar ediblər ki, LLC Invest şirkətinin strukturları vasitəsilə əksərən Vladimir Putinin yaxın dostlarına aid 80-dən çox şirkət əlaqə saxlayır və əməkdaşlıq edirlər.

Təhqiqatın nəticələrindən məlum olur ki, LLC Invest-lə bağlı olan ən azı 86 şirkət var.

Bu şirkətlərin aktivlərinin ümumi dəyəri 4.5 milyard dollardır.

Aktivlərə bank hesabları, lüks kateqoriyasından olan daşınmaz əmlak, özəl yaxtalar və təyyarələr daxildir.

Bu şirkətlərdən bəziləri birbaşa “Rossiya” bankı ilə əlaqəlidir. Bu bankın ən böyük səhmdarı Putinin dostu Yuri Kovalçukdur.

“Putinin rəfiqəsi” və başqa yaxınları

Digər aktivlər “Putinin rəqfiqəsi” kimi tanınan Svetlana Krivonoqix və prezidentin başqa yaxın adamlarına aiddir.

Şirkətlərin bir hissəsi həmin strukturun adi əmıəkdaşlarının adlarına qeydiyyatdan keçirilib.

Məsələn LLC Investlə bağlı olan şirkətlərfdən biri də Kareliyadakı malikanənin sahibidir. Bu malikanədə adətən Putin istirahət edir.

Bu struktura habelə Putinin qızına toy etdiyi İqora xizək kurortu, Putinə və onun yaxınlarına aid olan çox sayda qurumlar daxildir.

Təhqiqatçı jurnalistlər ehtimal edirlər ki, LLC Invest-lə bağlı olan şirkətlər “Putinin pul kisələri” və ya saxlancıdır.

Putinin mətbuat katibi Dmitri Peskov təhqiqatla bağlı suala cavab verərkən deyib ki, sözü gedən şirkətlərin prezidentə heç bir aidiyyəti və bağlılığı yoxdur.

XS
SM
MD
LG