Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:44

Putin Azərbaycan-Ermənistan sərhədindən danışdı


Vladimir Putin
Vladimir Putin

Bəzi epidemioloqların fikrincə, avqustun sonu, sentyabrın əvvəlində Rusiyada yoluxmalarda pik hədd yaşana bilər. Seçki isə sentyabrın 19-na planlaşdırılır

Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da illik "Birbaşa xətt" sual-cavab sessiyasında Azərbaycanla Ermənistanın münasibətlərinə də toxunub.

"Həqiqətən də Ermənistanla Azərbaycan arasında xeyli problem yığılıb. Normal infrastrukturun bərpasıyla bağlı məsələlər var. Sərhədin demarkasiyası ilə bağlı məsələlər var, Ermənistanla Azərbaycanın dövlət sərhədində müvafiq iş aparılmalıdır. Xüsusilə də dövlət sərhədinin heç vaxt olmadığı yerdə – bu, sovet respublikaları arasında yalnız inzibati sərhəd idi. Hazırda biz bu prosesin içindəyik. Rusiya, Azərbaycan və Ermənistan arasında xüsusi üçtərəfli qrup yaratmışıq və regionda normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik", – Putin deyib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəni və ətraf 7 rayonu işğaldan azad edib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Hazırda iki ölkənin dövlət sərhədlərinin demarkasiya olunduğu bildirilir.

Ermənistan öz ərazisində Rusiya hərbi bazalarının genişlədirilməsi üçün danışıqlar aparır
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

+++

Bugünkü sual-cavab sessiyasında Putinə son aylar baş verən qiymət artımı bağlı suallar da verilib.

Uzaq şərqdə yaşayan bir müəllim baxımsız binada işlədiyini, ərazidəki binaların, yolların pis vəziyyətdə olduğunu vurğulayıb.

“Qısası, xeyli problemimiz var və bizə diqqət ayrılmasını istərdik”, – o, prezidentə deyib.

Ən orijinal sual isə TikTok videosuna oxşar qısa musiqili video olub, Pskovda yaşayış binasında su borularının pis vəziyyəti görünüb.

Putin sərt sualların çoxunu dəf edib, cavablarında yerli əhalinin vəziyyətinə aşırı təsir göstərən məsələlərə toxunub.

***

Rusiya Prezidenti Vladimir Putin illik sual-cavab sessiyasına başlayıb. O, ölkə vətəndaşlarını COVID-19-a qarşı peyvənd vurdurmağa çağırıb. Rusiyada koronavirusa yoluxmalarda kəskin artım və rekord ölüm qeydə alınmaqdadır.

“Birbaşa xətt” adlı tədbir iki aparıcının iştirakıyla keçirilir, rusiyalıların göndərdiyi 2 milyondan çox sual təqdim olunur.

Putin ölkənin bir daha ölkə boyu lokdauna girməyəcəyinə, vaksinasiyanı məcburi etməyəcəyinə ümid bəslədiyini deyib. Hazırda Rusiya vaksinasiyanın ən ləng getdiyi ölkələr sırasındadır. Vətəndaşlar ya Rusiya vaksininə, ya da ümumiyyətlə hökumətə etimad etmirlər.

İyunun 29-da ölkədə 21 minə yaxın yeni yoluxma, 652 ölüm aşkarlanıb. Pandemiya başlanandan Rusiyada 135 mindən artıq ölüm qeydə alınıb. Kreml isə əhalinin 60 faizinə peyvənd vurulmasıyla bağlı hədəfinə nail ola bilməyəcəyini etiraf edib.

Rusiyada koronavirusun yeni növü ilə yoluxma sürətlə artırır
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Putin "Sputnik V" vurdurubmuş

Putin şounun əvvəlində ilk dəfə olaraq Sputnik V ilə peyvənd olunduğunu deyib. Onun ötən il bağlı qapılar arxasında hansı peyvəndi vurdurması aylardır spekulyasiyaya səbəb olmuşdu.

Onun iddiasına görə, vaksinin adını açıqlamamaqda məqsədi vaksin istehsalçılarına rəqabət üstünlüyü tanımaq olub.

“Bu haqda şayiə yayanlara deyil, mütəxəssislərə qulaq asmaq lazımdır”, – Putin deyib.

Kreml hər il bir neçə saat çəkən bu tədbir vasitəsilə Putini əhalisinə canıyanan, ölkənin uğurlarını göyə qaldıran, eyni zamanda zibilliklər və maaşların ödənməməsi kimi yerli məsələlərə də diqqət ayıran lider kimi göstərməyə çalışıb.

Adətən, sessiya zamanı sıravi rusiyalılar zəng edir, yaxud mesajlarını göndərirlər.

Ötən il pandemiya Rusiyanı cənginə aldığından Kreml tədbiri təxirə salıb. Bu ilsə parlament seçkilərinə 11 həftədən də az vaxt qalır. Putinin 2024-cü ildə bitəcək prezidentlik müddətinin sonuncu böyük səsverməsidir. Amma Kremlin təşəbbüsü ilə konstitusiyaya edilən dəyişikliklər Putinin 2036-cı iləcən prezident postunda qalmasına yol açıb.

Seçki öncəsi yoluxmalarda pik?

İosif Stalindən sonra ölkəyə ən uzun müddətə rəhbərlik etmiş Putin namizədliyini verib-verməyəcəyini deməyib.

Koronavirusla mübarizədə isə Putin qadağalarla bağlı qərarları yerli rəsmilərin, məsələn, Moskva merinin öhdəsinə buraxıb.

Bəzi epidemioloqların fikrincə, avqustun sonu, sentyabrın əvvəlində Rusiyada yoluxmalarda pik hədd yaşana bilər. Seçki isə sentyabrın 19-na planlaşdırılır.

Bu, 450 yerlik Dövlət Dumasında üstünlüyünü saxlamaq istəyən hakim Vahid Rusiya partiyasına problem yarada bilər. Partiyanın reytinqinin xeyli düşdüyü bildirilir.

Kremlin bir rəsmisi sentyabr seçkisində seçici fəallığının aşağı olacağını proqnozlaşdırıb.

XS
SM
MD
LG