Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:48

Putin Sputnik V-nin təsdiqlənəcəyinə ümid edir


Rusiyada vaksinasiya
Rusiyada vaksinasiya

DST-nin təsdiqi peyvəndin COVAX proqramına salınması və dünyada ehtiyacı olan ölkələrə göndərilməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusa qarşı ölkəsinin hazırladığı Sputnik V vaksinini təsdiqləyəcək və bu vaksin dünyada daha geniş istifadə oluna biləcək.

“Belə yardımı genişləndirmək istəyirik”, – Putin dekabrın 5-də Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Prezidenti Françesko Rokka ilə video söhbət zamanı belə deyib.

“Dünyanın bir yerində vaksinasiya yetərli səviyyədə deyilsə”

DST-nin təsdiqi peyvəndin COVAX proqramına salınması və dünyada ehtiyacı olan ölkələrə göndərilməsi deməkdir.

Sputnik V-ni hazırlamış Gamaleya İnstitutu vaksinin COVID-19-un Omikron ştammına effektli təsir göstərəcəyini deyir. İnstitut eyni zamanda vaksini yeni ştamma qarşı adaptasiya etmək üzrə işə başlayacağını bildirib.

“Şübhəsiz, beynəlxalq səviyyədə cəhdləri səfərbər etməliyik. Hətta dünyanın bir yerində vaksinasiya yetərli səviyyədə deyilsə, bu yeni ştammlar vaksinasiyanın genişmiqyaslı olduğu yerlərə belə dönə-dönə qayıdacaq”, – Putin söyləyib.

Rusiya aylardır DST-nin Sputnik V-ni təsdiqləməsinə çalışır. Oktyabrda qurum rəsmisi bu vaksinin təsdiqlənməsilə bağlı hər hansı tarix açıqlamayıb. Rəsmi hüquqi prosedurları əsas gətirərək təsdiq prosesinin dayandırıldığını qeyd edib.

Mövcud peyvəndlər COVID-19-un yeni növünə də təsir edə bilir
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

200 milyonadək insan

Rusiya lideri vurğulayıb ki, DST-nin təsdiqi Sputnik V vurdurmuş şəxslərin daha azad səyahət etməsinə yol açar. O, dünyada 200 milyonadək insana Sputnik V vurulduğunu və özünün də onlardan biri olduğunu deyib.

Putin birinci dozanı martda, ikincini apreldə vurdurub. O, noyabrın 21-də buster doza qəbul etdiyini və heç bir pis təsir hiss etmədiyini söyləyib. Ancaq rusiyalılar vaksinlənməyə elə də həvəslə yanaşmırlar. İndiyədək 146 milyon əhalinin 40 faizə yaxınının tam peyvəndləndiyi bildirilir.

Rusiya Sputnik V-ni tələsik qeydiyyatdan keçirdiyinə görə tənqid olunub. Amma bu ilin fevralında Britaniyanın “The Lancet” dərgisində dərc olunmuş araşdırma bu vaksinin COVID-19-un ağırlaşmasından 91.6 faiz qoruduğunu ortaya qoyub.

Dünyanın 70-dən çox ölkəsi Sputnik V-yə yaşıl işıq yandırıb. Putinin sözlərinə görə, digər ölkələrdən əldə olunan data vaksinin təhlükəsiz olduğunu göstərib.

XS
SM
MD
LG