Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:03

Putin ilsonu sual-cavab sessiyasında Ukrayna və Ermənistandan da danışıb


Putin ilsonu sual-cavab konfransında
Putin ilsonu sual-cavab konfransında

Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş böyük sual-cavab konfransında Ukraynada müharibəni dayandıracağına dair heç bir işarə verməyib.

O dekabrın 14-də keçirilən tədbirdə, əksinə deyib ki, Rusiyanın müharibədəki məqsədləri dəyişməz olaraq qalır və sülh Moskva bu məqsədlərinə çatdıqdan sonra olacaq.

Jurnalistlərin, ictimaiyyət nümayəndələrinin və hətta əsgərlərin suallarına cavab verən Putin deyib ki, Rusiyanın məqsədi Ukraynanın “denasifikasiyası”, “demilitarizasiyası” və Kiyevin neyrallığına nail olunmasıdır.

Namizədliyini daha bir prezidentlik müddətinə elan etmiş 71 yaşlı Putin deyib ki, Rusiyada “xüsusi hərbi əməliyyat” adlandırılan Ukrayna müharibəsi yalnız Moskva bütün hədəflərinə çatdıqdan sonra qurtaracaq:

"Delmilitarizasiyaya gəlincə, əgər onlar (ukraynalılar-red) razılığa gəlmək istəməsələr, onda biz hərbi üsullar da daxil, başqa tədbirlərə əl atmalı olacağıq. Ya biz müəyyən parametrlər (Ukrayna hərbiyyəsinin ölçüsü və qüdrəti-red) üzrə razılaşma əldə edəcəyik, ya da bunu zor gücünə edəcəyik. Biz buna can atacağıq”.

Qadağan edilmiş “müharibə” sözü

Vladimir Putin Ukraynadakı seçkili hakimiyyəti nasist adlandırır.

Müşahidəçilər bildirirlər ki, 22 aydır davam edən müharibə Moksva üçün əsl fəlakətə çevrilib.

Kiyevi bir neçə gün ərzində ram edəcəyini elan edən Rusiya bu müharibədə yüzminlərlə hərbçisini və on minlərlə hərbi texnikasını itirib.

Rusiya hazırda Ukraynanın 4 vilayətinə - Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətilərinə yalnız qismən nəzarət edir.

Buna baxmayaraq Moskva ilhaq etdiyi bu ərazilrədə də prezident seçkisi keçirəcəyini elan edib.

Vladimir Putin müxtəlif qanunlar və Cinayət Məcəlləsi maddələri ilə Ukraynadakı müharibənin tənqidini qadağan edib.

Putin dekabrın 14-də deyib ki, ölkədə yeni səfərbərliyə ehtiyac yoxdur. Buna baxmayaraq Rusiyada ən müxtəlif adlar altında səfərbərlik heç vaxt dayanmayıb.

Ermənistan və Qarabağ

Vladimir Putin illik sual-cavab sessiyasında habelə Ermənistan və Qarabağa dair suallara cavab verib:

"Ermənistanda Qarabağla bağlı sadə olmayan proseslər baş verir. Amma Qarabağdan biz imtina etməmişik. Ermənistanın özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bizə belə bir qərar qəbul edəcəkləri barədə heç məlumat da verməyiblər...”

Putin Ermənistan hökumətinin son vaxtlar Qərbə doğru istiqamət götürməsi barədə deyib ki, MDB, Avrasiya İqtisadi İttifaqı, KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çıxmaq Ermənistanın marağında deyil.

O əlavə edib ki, “son nəticədə bu, Ermənsitanın öz seçimidir”.

XS
SM
MD
LG