Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:05

Qarabağdakı erməni icması deyir ki, reinteqrasiya məsələsi müzakirə olunmayıb


Şuşa-Rusiya sülhməramlıları.
Şuşa-Rusiya sülhməramlıları.

Qarabağdakı separatçı erməni rejimi deyir ki, martın 1-də Azərbaycan nümayəndə heyəti ilə görüşdə reinteqrasiya məsələsi müzakirə olunmayıb.

Azadlıq Radiosu erməni xidmətinin separatçılara istinadla yazdığına görə, Azərbaycan nümayəndə heyətinin başçısı Ramin Məmmədov söhbəti Qarabağdakı erməni icmasının Azərbaycanla inteqrasiyasının zəruriliyinə yönəltməyə çalışıb və bunun mümkün sosial-iqtisadi üstünlüklərə nail olmaq perspektivlərini təqdim edib.

Amma erməni nümayəndə heyətinin başçısı Samvel Şahramanyan müzakirəni irəli sürülmüş konkret suallar üzrə aparmağa çağırıb.

Separatçı rejim bildirir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Ramin Məmmədov görüşdən sonra Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı ilkin müzakirələr aparıldığını açıqlayıb, amma bu doğru deyil.

Rəsmi Bakı hələlik, bu iddialara münasibət bildirməyib.

Separatçı rejimin dediyinə görə, həmin görüşdə aşağıdakı məsələlər müzakirə edilib:

1.Qarabağdakı erməni icmasına qazın fasiləsiz verilməsinin təmin edilməsi və qaz təchizatında növbəti fasilələrin qarşısının alınması.

2. Enerji təchizatının bərpası məqsədilə Ermənistandan Qarabağa verilən və hazırda Azərbaycan ordusunun nəzarətində olan yüksək gərginlikli elektrik xəttin yoxlanılmasına imkan verilməsi.

3. Azərbaycanlı mütəxəssislərin “Dəmirli” və “Qızılbulaq” mədənləri ərazisində birdəfəlik monitorinq keçirməsi.

4. Xankəndi-Laçın-Gorus yolunun tam açılması.

Erməni tərəfinin məlumatına görə, Şahramanyan həmçinin deyib ki, aktual humanitar və infrastruktur məsələlərlə bağlı bu cür təmaslar münaqişənin hərtərəfli tənzimlənməsinə dair əsas məsələlərə aid olan bilməz, bunun üçün geniş beynəlxalq dəstəkli format yaradılmalıdır.

Qarabağdakı separatçı rejimin məlumatına görə, martın 1-də keçirilən görüş Rusiya sülhməramlılarının qərargahında-sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkovun iştirakı ilə keçirilib.

Simonyan: 'Hesab edirəm ki, Qarabağ məsələsi sülh sazişinə salınmamalıdır'
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Statusan söhbət də gedə bilməz

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağdakı erməni əhali Azərbaycan vətəndaşlarıdır və bu ölkənin qanunları çərçivəsində yaşamalıdırlar. Prezident həmçinin bildirib ki, Qarabağdakı erməni icmasına hansısa status verilməsindən söhbət də gedə bilməz.

Laçın dəhlizində hərəkətin məhdudlaşmasına gəldikdə isə Azərbaycan hakimiyyəti elə ilk günlərdən yolun hümanitar yüklər və məqsədlər üçün açıq olduğunu bəyan edib.

Bir qrup azərbaycanlı 2022-ci ilin dekabrından Laçın dəhlizinin Şuşadan keçən hissəsində aksiya keçirdiyinə görə yolda hərəkət məhdudlaşıb.

Aksiyaçılar separatçıların nəzarətində olan faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edirlər.

Azərbaycan hakimiyyəti həmçinin bunadək həmin yolla Ermənistandan Qarabağdakı erməni icmasına silah daşındığını deyirlər. Yerevan isə bunu inkar edir.

Xatırlatma.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibədən sonra 30 ilə yaxın erməni qüvvələrinin işğalında olan torpaqlarının bir hissəsini öz nəzarətinə qaytarıb. Amma tərəflər arasında yekun sülh müqaviləsi imzalanmayıb.

XS
SM
MD
LG