Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:30

'Açıq-aşkar Rusiyadan bizə təzyiq oldu'


Səsgücləndiricilərlə müraciətə Qarabağ ermənilərinin reaksiyası
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Səsgücləndiricilərlə müraciətə Qarabağ ermənilərinin reaksiyası

Ukrayna prezidenti Vladimir Zelenski martın 21-də deyib ki, Rusiya ilə müharibənin başa çatmasını hədəfləyən sülh danışıqlarında istənilən razılaşma referendum vasitəsilə Ukrayna xalqına təqdim ediləcək.

Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsinin imzalanmasının vacibliyini tez-tez hər iki ölkənin rəsmiləri dilə gətirirlər. Bu gerçəkləşərsə, onda Azərbaycanda da referendum keçirilməlidirmi? İki il əvvəl noyabrın 10-da Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyi arasında atəşkəsin əldə edilməsi və Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı bəyanat yalnız imzalandıqdan sonra onun detalları Azərbaycan ictimaiyyətinə açıqlandı. Bu nə dərəcədə doğru idi?

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Prosesin predmeti, obyekti, səbəblər fərqlidir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, bu, müqayisə olunan məsələ deyil: "Prosesin predmeti, obyekti, səbəblər tamamilə fərqlidir. Amma onu deyə bilərəm ki, 44 günlük müharibədə biz çox inamlı qələbə qazanmışıq. Bunu əsaslandırmaq üçün Ermənistana səthi nəzər salmaq yetərlidir".

Komitə üzvünün sözlərinə görə, Ermənistan hər vasitə ilə yekun sülh sazişini bağlamaqdan boyun qaçırır: "Bu, təkcə Ermənistanın mövqeyi deyil. Ermənistanı bu sülh sazişini bağlamağa qoymayan dairələr də var. Bu dairələr Qərb dairələrdir. Paşinyan Fransada səfərdə olan zaman yenə də çox ciddi şəkildə məsələlərin ATƏT-in Minsk qrupu platformasında müzakirə olunmasının vacibliyi vurğulanıb. Bu, növbəti təxribatlardır".

E.Mirbəşiroğlunun deməsinə görə, dünya müharibələri praktikası göstərir ki, qalib tərəf həmişə öz şərtlərini diktə edir: "Azərbaycanın şərtləri ədalətli şərtlərdir. Azərbaycan prezidenti milli maraqlarımıza uyğun bütün addımları özünün strateji baxışlarına söykənərək atmaqdadır. Yekun sülh sazişi birmənalı Azərbaycan xalqının tam maraqlarına uyğun imzalanacaq".

E.Şahinoğlu
E.Şahinoğlu

"Bütün Ukrayna cəmiyyəti güzəştə getmir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Vladimir Zelenski xalqın torpaqlarının itirilməsini istəmədiyini bilir: "O, Vladimir Putinə mesaj göndərir ki, Ukraynada tək o və hakim dairələri ərazi bütövlüyü uğrunda mübarizə aparmır, bütün Ukrayna cəmiyyəti güzəştə getmir".

Ekspertin fikrincə, hazırda Ukraynada referendumun keçirilməsi fiziki olaraq mümkün deyil: "Bunun üçün müharibə dayanmalıdır, ölkəni tərk edən üç milyondan çox şəxs geri qayıtmalıdır".

Azərbaycana gəldikdə isə, onun sözlərinə görə, 10 noyabr bəyanatı imzalananda referenduma vaxt yox idi: "Biz Şuşanı azad etmişik, ümidimiz ona idi ki, problemi birdəfəlik həll edək, Xankəndi də bizim nəzarətimizə keçsin. Amma açıq-aşkar Rusiyadan bizə təzyiq oldu. Yəni, o arada referendumun keçirilməsinə vaxt yox idi".

E.Şahinoğlu qeyd edib ki, sülh sazişi ilə bağlı Azərbaycanın əsas tələbi hər iki ölkənin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasıdır: "Bunu referenduma çıxarılmasının mənası yoxdur. Yox, əgər Azərbaycan üçün orada ağır şərt olarsa, onda cəmiyyətin rəyini öyrənmək lazımdır".

Qarabağda sülh cəhdləri - Vaşinqtonun təmsilçiləri də təmaslarını sıxlaşdırır
Gözlə

No media source currently available

0:00 0:04:49 0:00

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni təcavüzə başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə isə, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Nəticədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa etmişdi. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG