Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:30

Rasim Musabəyov: “Vyanada 2 məsələ müzakirə ediləcək”


Rasim Musabəyov
Rasim Musabəyov

►“Azərbaycan, ermənilərin istədiyi kimi, mövcud vəziyyəti əbədi saxlamaqdan ötrü hər hansı nəzarət sisteminin qurulmasına razılıq verməyəcək”

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri Vyanada Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün bir masa arxasında əyləşəcəklər.

Bu ilin aprelində təmas xəttində baş verən hərbi toqquşmalardan, Azərbaycan Silahli Qüvvələrinin bəzi yüksəklikləri ələ keçirməsindən bir ay sonraya təsadüf edən bu görüşdən nə gözləmək olar?

Danışıqlar ölü nöqtədən tərpənəcək, yoxsa münaqişənin nizamlanması ilə məşğul olan həmsədr ölkələr atəşkəsin bərpası yönündə tərəflərə təzyiq göstərəcək?

AzadlıqRadiosunun suallarını deputat Rasim Musabəyov cavablandırır:

– Mən Vyanada deyiləm, Bakıdan ancaq mülahizələrlə danışmaq mümkündür. Ancaq düşünürəm ki, mayın 16-da iki əsas məsələ müzakirə ediləcək. Birincisi, həm Ermənistan, həm də həmsədr ölkələr təkidlə təmas xəttində atəşkəsin təmin olunması və nəzarətin gücləndirilməsini tələb edəcəklər. İkinci məsələyə gəlincə, bu, intensiv danışıqların bərpası ilə bağlı olacaq. Bunu artıq Azərbaycan tələb edir.

– Bəs tərəflər aprel əməliyyatlarından sonra danışıqlara hazırdırlarmı?

– Danışıqların bərpa edilməməsinin alternativi gərginliyin artması və müharibənin başlanması deməkdir. Mövcud vəziyyəti əbədi saxlamaq mümkün deyil. Sadəcə, Azərbaycan, ermənilərin istədiyi kimi, mövcud vəziyyəti əbədi saxlamaqdan ötrü hər hansı nəzarət sisteminin qurulmasına razılıq verməyəcək. Ancaq ATƏT sədrinin köməkçisi Andrzey Kasprzyk-in apardığı monitorinqlərin gücləndirilmiş şəkildə həyata keçirilməsinə razılıq verə bilər. Bəli, danışıqlarbaşlanacaqsa, bu monitorinqlər yolu ilə sabitliyi təmin etmək mümkündür. Ancaq bu o demək deyil ki, danışıqlar aparılmadan bura missiya yerləşdiriləcək və ermənilər də sakitcə oturub azərbaycanlıların hövsələdən çıxacağı günü gözləyəcəklər.

Əliyevlə Sarkisyanın görüşü, Moldova, 2009
Əliyevlə Sarkisyanın görüşü, Moldova, 2009

– Apreldəki döyüşlərdən sonra Azərbaycanın danışıqlarda psixoloji baxımdan üstünlük əldə etməsi haqda təəssürat yaranmışdı. Bu o zaman eyforiyanın təsiri altında deyilən fikir idi, ya bu üstünlük həqiqətən də var bu gün?

– Eyforiyadan söhbət getmir. Aprel toqquşmaları göstərdi ki, Azərbaycan ordusu ermənilərin düşündüyü kimi aciz deyil. İkincisi də, ermənilərin qurduğu müdafiə sistemi keçilməz deyil.

– Bütün bunlardan sonra bu axşamkı danışıqlar haqda proqnozunuz nədir?

– Ən yaxşı halda, həmsədr ölkələrin xarici işlər nazirləri tərəfindən bəyanat veriləcək. Yəni bu gün Azərbaycanla Ermənistanın orda nəsə imzalaması qeyri-mümkündür. Ancaq həmsədrlərin verəcəyi bəyanat və ya açıqlama ola bilər. Orda da göstəriləcək ki, tərəflər Kasprzyk-in aparacağı monitorinqin gücləndirilməsinə razılıq verirlər. Ən başlıcası, intensiv dialoqun başlanması da sənəddə əksini tapa bilər. Bu olmasa, yəni danışıqların bərpası ilə bağlı qərar olmasa, təmas xəttində atəşkəsin bərpasını gözləməyə dəyməz.

– Uzun müddətdir danışıqlar ölü nöqtədən tərpənmir. Necə bilirsiz, danışıqlarıcanlandırmaq təşəbbüsü həmsədrlərdən gəlməlidir, ya ötən ay təmas xəttində baş verənlər artıq bəhrəsini verir?

– Düşünürəm, ilk növbədə erməniləri başa salmaq gərəkdir ki, işğal olunmuş ərazilərdən geri çəkilməyin vaxtı çatıb. Bunu ya öz xoşları ilə edəcəklər, ya da güc qarşısında. Azərbaycanın mövqeyi şəffafdır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək lazımdır. Azərbaycanı işğal olunmuş əraziləri ilə şantaj edərək istədiyinə nail olmaq mümkün deyil. Azərbaycan bunu aprel əməliyyatları zamanı erməniləri himayə edən dövlətlərə də sübut etdi.

Buna da bax: Sizcə, Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi nədir?

Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

XS
SM
MD
LG