Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:43

Ekspert: ”Cəmiyyətin xeyli hissəsində xəyal qırıqlığı yarandı"


►"Atəşkəsi ən çox Rusiya istəyib..."

Azərbaycan və Ermənistan prezidentlərinin iyun görüşü keçirilməmiş onun baş tutmayacağı, hətta keçiriləcəyi halda, nəticəsiz qalacağı haqqında proqnozlar eşidilir.

Mayın 16-da Vyana görüşü ərəfəsində də politoloqlar bu cür fikirlər səsləndirirdilər. “Qafqaz” Strafteji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı fikirlərini AzadlıqRadiosuna belə əsaslandırır:

Araz Aslanlı: “Cəmiyyətdə işğaldan bezmişlik var”
Gözlə

No media source currently available

0:00 0:05:47 0:00

– Görüşdə hanısısa nəticənin ortaya çıxacağıyla bağlı yüksək gözləntilərim yoxdur. Bunun da səbəbi var. Çünki aprel toqquşmalarından sonra danışıqlar prosesini müəyyən dərəcədə 2008-ci ilin avqust hadisələrindən sonrakı olaylarabənzədirəm. Çünki həmin vaxt Rusiya Gürcüstanı işğal edəndə, Cənubi Osetiya, Abxaziya problemi çərçivəsində o proseslər yaşananda, onda da Qarabağ problemi ilə bağlı narahatçılıq vardı. Dondurululmuş münaqişələrin əslində dondurulmamış olması, hər an partlaya biləcəyi deyilirdi. Sonra isə şərti görüşlər keçirildi, o görüşlər də nəticəsiz oldu. Əvvəlcə Madrid prinsipləri vardı, sonra da yenilənmiş Madrid prinsipləri ortaya çıxdı. Ordan geriyə qayıdış oldu. 2016-cı ilin aprelində isə, demək olar ki, müharibə başlandı. Problemin mahiyyəti ilə bağlı dəyişiklik olmadığına görə belə görünür ki, həmsədrlərin, həmsədr dövlətlərin başçılarının digər başqa vasitəçi dövlətlərin səyləri, həm ümumi, həm də çox səmimi səylər deyil. İndi ortada narahatlıq var. Ancaq hesab edirlər ki, bu narahatlıq Suriyada, ya da Ukraynadakı proseslərə oxşar deyil. Ona görə də nə verilən açıqlamaları, nə də atılan ilk addımları ümidlə qarşılamıram.

– Vyana görüşlərindən əvvəl də belə fikirlər səslənirdi. Ancaq tərəflər bir masa ətrafında oturdu. Hətta gələcək ümidverici danışıqlara işarələr də oldu...

– Rəsmi açıqlamalardan belə görünür ki, son Vyana danışıqlarının təşəbbüsçüsü ABŞ olub. Mən belə düşünürəm ki, ABŞ prosesin mütləq şəkildə yenidən Rusiyanın nəzarəti altında getməsini istəmir. Bu danışıqlar həm də ona görə keçirildi. Bunu Ermənistan da istədi. Çünki dörd günlük müharibə dövründə Ermənistanın Rusiyadan gözləntiləri tam qarşılanmamışdı. Azərbaycan da, təbii ki, həmişə danışıqların, sadəcə, Rusiyanın təşəbbüsü ilə keçirlməsində maraqlı deyil. Ancaq görüşdən sonra Ermənistanın müsbət əhval-ruhiyyəsi daha kosmetik idi. Çünki Ermənistan dörd günlük müharibədən öncəki vəziyyətin bərpasını istəyirdi. Amma ümumiyyətlə, aydındır ki, nə hazırkı vəziyyətdə, nə də dörd günlük müharibə ilə bağlı Azərbaycan cəmiyyətinin də gözləntiləri tam reallaşmayıb, Ermənistan cəmiyyətinin də. 4 günlük müharibə cəmiyyətlərarası yaxınlaşma prosesini baltaladı. Ancaq başqa bir tərəfi də var ki, sadəcə, Rusiyaya güvənərək problemin həll olmadan qalmasını uzatmaq siyasəti ilə bağlı Ermənistan da düşünməyə başladı.

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

– Son vaxtlar tərəflərin “Azərbaycan atəşkəsin olmasını istəməsəydi”, ya da əksinə, “Ermənistan atəşkəs istəməsəydi” fikirləri də çox səslənir.

– Münaqişə başlayandan bugünə qədər tərəflər bir-birini günahlandırır. Əksər münaqişələrdə vəziyyət bu cür olur. Amma burda bir fakt var. Azərbaycan əraziləri Ermənistanın işğalı altındadır, Azərbaycan öz ərazilərinə nəzarət edə bilmir. Bu da hansısa dinc proses nəticəsində yaranmayıb. Bu, Ermənistanın xaricdən aldığı dəstəklə birgə yaratdığı nəticədir. Azərbaycan istəyir ki, işğalda olan ərazilərini azad etsin. Bu prosesdə kim atəşkəsi nə qədər tez pozur, kim ona cavab verir, bu da əhəmiyyətlidir. Ancaq bundan daha əhəmiyyətlisi işğal faktının aradan qaldırılması zərurətidir. Dörd günlük müharibədə kim atəşkəs istəyib, Ermənistan, yoxsa, Azərbaycan, bunu bilmirəm. Ancaq bir şey dəqiqdir ki, ikisindən də çox istəyən Rusiya olub. İki dövlət də bunu qəbul etdi.

– Yəni regionda əsas söz sahibi Rusiyadır?

– Rusiya problemi mümkün qədər nəzarətdə saxlamaq istəyir. Həll etmək yox, nəzarət altında saxlamaq. Ancaq Rusiyanın başqa bir narahatçılığı da var. Bir yandan istəyir Azərbaycanı əldə etsin, o biri yandan da Ermənistanı itirməmək istəyir. Ermənistanı itirmədən Azərbaycanı necə əldə edə bilər, bu sual da var. İstər 4 günlük müharibənin gedişatı, istərsə də ondan sonrakı dövrdəki səylərə həm də bu çərçivədə baxmaq lazımdır. Ona görə də ola bilər ki, qarşıdakı görüş baş tutsun. Ancaq son görüşdən sonra atəşkəs belə əvvəlki– yəni 2010-cu ildən əvvəlki vəziyyətə (çünki o dövrdə tərəflər bir-birini atəşkəsi pozmaqda daha az günahlandırırdı – A.Aslanlı) tam qayıtmayıb. Son Vyana görüşündən sonra heç atəşkəs pozuntusunun minimallaşdırılmasına belə nail olunmayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, digər açıqlamalara baxanda ortada nəticə yaradacaq plan olduğunu düşünmürəm. Ermənistan cəmiyyətinin də, Azərbaycan cəmiyyətinin də gözləntiləri var. Çünki bu cür uzunmüddətli münaqişə ilə yaşamağın özü insanlarda bir gərginlik yaradır. Gözləntilərin olmağı normaldır. Ancaq təəssüf ki, mövcud mənzərə gözləntilərə uyğun deyil. Real mənzərə münaqişənin həllinə uyğun konyukturanın olmadığını göstərir. Düzdür, aprelin əvvəlində baş verənlər bunu bir az fərqliləşdirdi. Amma bir az. Bu bir az münaqişənin həllinə yetəcək qədər deyil.

– Cəmiyyətin gözləntilərini qeyd etdiniz. Bəs aprel müharibəsindən sonra cəmiyyətin əhval-ruhiyyəsi necədir, əvvəlki günlərdən fərqli nələr müşahidə olunur?

– İstər-istəməz bu qədər çox əsgərin ölməsi, yaralıların olması müəyyən üzgünlük yaradır. Ancaq cəmiyyətdə bu işğaldan bezmişlik var. İşğaldan bezmişliyin fonunda uğurlu hərbi əməliyyat dərhal insanların çoxunda bu təsəvvürü yaradırdı ki, Azərbaycan ordusu əməliyyatları davam etdirib bütün əraziləri işğaldan azad edəcək. Bu cür həddindən artıq böyük gözlənti reallaşmayanda cəmiyyətin xeyli hissəsində xəyal qırıqlığı yarandı. Ümumilikdə götürəndə, 4 günlük müharibəylə ondan əvvəlki əhval-ruhiyyəni müqayisə edəndə daha müsbət əhval-ruhiyyə var.

XS
SM
MD
LG