Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:55

Qarabağ separatçılarının yeni lideri Şahramanyan oldu


Qondarma Dağlıq Qarabağ Respublikasının yeni prezidenti Samvel Şahramanyan seçilib.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb

Xəbərə görə, Samvel Şahramanyanın “prezident” seçilməsinin lehinə separatçı rejimin parlamentindəki 23 nəfərdən 22-i səs verib.

Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 8-də yaydığı açıqlamada 'prezident seçkisi'ni təxribat adlandırıb.

“Bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır.” - həmin açıqlama deyilir.


Xatırladaq ki, Qarabağ separatçılarının əvvəlki lideri Araik Arutyunyan (Araik Harutyunyan) avqustun 31-də "prezident" vəzifəsindən istefa verib.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi 1988-ci ildə yaranıb. Bu münaqişə Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bununla belə vaxtaşırı istər Qarabağdan, istərsə də iki ölkənin sərhəddindən atəşkəs pozuntusua aid məlumatlar gəlir.

Tərəflər buna görə, birqayda olaraq bir-birlərini günahlandırırlar.

XS
SM
MD
LG