Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:13

Qazaxıstanda prezident dəyişsə də, yaltaqlıq ənənəsi davam edir


Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yanvarın 22-dəki çıxışla dövlət məmurlarının keçmiş prezident Nursultan Nazarbayevə deyilən təriflərinin üzərinə soyuq su tökmüşdü.


“Mən buna pis baxıram. Səbəb də odur ki, mən özüm …mədhiyyələtin, sadəcə, mövcud olmadığı kontekstdə yetişdirilmişəm… Deyərdim ki, belə davranışlara ömürlük təbii immunitetim var”, - Tokayevin “Xabar” dövlət televiziya kanalına müsahibəsində dediyi sözlərdir.

“Bizim ziyalıları dəyişmək mümkün deyil”

“Ancaq görünür, bizim ziyalıları dəyişmək mümkün deyil”, - bunu da həmin müsahibəsində dilə gətirmişdi.

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Kris Rikleton (Chris Rickleton) yazır ki, bu yaxınlarda Almatı universitetində Tokayevin atası Kemel Tokayevin adına sinif otağı açılıb. Kemel Tokayev bir kommunist qəzetinin redaktoru və bir neçə detektiv romanın müəllifidir.

Oktyabrın 4-də keçirilən tədbirdə mərhum Kemel Tokayevin yaradıcılığı müzakirə olunub və prezidentin ünvanına da xoş sözlər səslənib. Hər şey köhnə sovet ənənələrinə uyğun keçib.


“Kemel Tokayev təsəvvürünə gətirə bilməzdi ki, oğlu dünya səviyyəsində tanınacaq, BMT Baş Katibinin müavini [olduqdan sonra] bizim dövlət başçımız olacaq”, - Əl-Fərabi adaına Qazaxıstan Dövlət Universitetinin (KazNU) rektoru Janseit Tumeybayev belə deyib.

“O bunları görə bilmədi. Ancaq güman ki, sevincindən qəbrində çevrilib”, - Tumeybayev 1986-cı ildə 63 yaşında vəfat edən yazıçı haqqında bu sözləri də söyləyib.


Sovetlər dönəmində yetərincə tanınsa da, respublikanın elə də ünlü yazıçısı olmayan Kemel Tokayev kommunist dövrü Qazaxıstanında detektiv janrının pionerlərindən sayılıb. O öz işlərinə görə dörd dəfə Qazaxıstan SSR Yazıçılar İttifaqı və Daxili İşlər Nazirliyinin birgə mükafatına layiq görülüb. Ancaq sovet dönəmindən sonrakı nəsil, o cümlədən KazNU tələbələri onu tanımır.

“Sizin burada məqsədiniz nədir?”


Açılış tədbiri bitəndən sonra AzadlıqRadiosu-nun müxbiri Meyirim Baxıtjan rektora “Kemel Tokayevin oğlu prezident olmasaydı, onun adına sinif otağı açılardımı?” sualını verdikdən sonra universitetin əməkdaşları onu əlləriylə dartaraq, rektora yaxınlaşmasına imkan verməyiblər.

Verilən sualdan rahatsız olan rektor Tumeybayev mikrofonu götürüb, jurnalistə uzadaraq soruşub: “Sizin burada məqsədiniz nədir?”

Oktyabrın 7-də isə jurnalistika fakültəsinin müəllimi Dastan Kastai universitet rəhbərinin təkidi ilə işdən çıxarıldığını deyib.

“Universitet rəhbərliyi müstəqil mətbuatın oktyabrın 4-də keçirilən tədbirə gəlməsinə görə müəllimləri günahlandırır. Açılışdan sonrakı iki gün boyunca onlar hamını sorğu-suala tutub, müstəqil medianı kimin dəvət etdiyini öyrənməyə çalışıblar”, - Kastainin “Azattık” xidmətinə dediyi sözlərdir.


Fakültənin dekanı isə Kastainin işdən çıxarılması xəbərini inkar edib.

Ali Təhsil naziri Nurbek Sayasat “Facebook”da yaranmış gərgin duruma müdaxiləyə məcbur qaldığını etiraf edərək, universitet rəhbərliyinə “müəllimlərin işdən çıxarılmamalı, yaxud təqib edilməməli” olduğu haqda təlimat verdiyini bildirib:


“Məmnuniyyətlə bildirirəm ki, hazırda Dastan Kastainin işdən çıxarılması ilə bağlı heç bir əmr yoxdur. O, jurnalistika fakültəsində çalışmağa davam edəcək”.

Tokayev noyabrda keçirilən prezident seçkilərinin ardınca 2029-cu ildən sonra bu vəzifədə qalmayacağına söz verib.

Astanaya “Nursultan” adı verilməsini təklif edən Tokayev idi


Konstitusiyanın ən son versiyası gələcəkdə prezidentlərin yalnız bir dəfə yeddiillik müddətə seçilməsinə imkan verir və prezidentin yaxın qohumlarının siyasi və dövlət vəzifələri tutmasını yasaqlayır. Bu, Nazarbayevin dövründə baş verənlərin təkrarlanmaması üçündür.

Ancaq keçmiş prezidentin hakimiyyəti dövründə Tokayev Nazarbayevi mədh edən xorun bir parçası olub. Hətta 2019-cu ildə Nazarbayevin inauqurasiyasında ölkə payaxtı Astanaya “Nursultan” adı verilməsini təklif edən də Tokayev idi.

Di gəl, ötən ilin yanvarında baş qaldıran kütləvi qanlı etirazlardan sonra Nazarbayev kultu sürətlə sönməyə başlayıb.


Hökumət əleyhinə etirazlar nəticəsində Taldıkorğan şəhərində Nazarbayevə ucaldılmış ən böyük heykəllərdən biri uçuruldu. Paytaxtın keçmiş adı isə xalqın tələbi ilə özünə qaytarıldı.

Nazarbayevin özü ölkə konstitusiyasını dəyişdirərək mənimsədiyi “Elbası” titulundan məhrum edildi. Bu titul ona çox sayda önəmli güzəştlər verirdi. Onun ailə üzvləri və kürəkənləri gəlirli və güclü vəzifələrdən uzaqlaşdırıldı. Qardaşı oğlu Kayrat Satıbaldı isə hətta ötən il korrupsiya ittihamları ilə həbs cəzasına məhkum edildi.

Yaxın keçmişdə baş verən bu hadisələr nəzərə alınsa, qazaxların yeni şəxsiyyət kultunun formalaşmasını nifrətlə qarşılaması təəccüblü deyil. Ancaq Tokayevin özünün də dediyi kimi, köhnə vərdişlər çətin ölür.

Tokayevin atasının üzünü əks etdirən 200 medal?

İyul ayında dövlət vəsaitinin izlənməsi üçün ixtisaslaşan “Protenge” araşdırmaçı media qurumu Şərqi Qazaxıstan əyalətinin toplam 10 min 500 dollar ödəyərək hazırlatdığı üç qısa videoklip aşkar edib. Kliplər Tokayevin hafizəsini, “ensiklopedik biliyini”, beş dil bilməsini və digər özəlliklərini tərifləyən mədhiyyədən ibarətdir. Videolar bir regional media qurumunun “YouTube” kanalında paylaşılıb.


Ancaq bu videolar haqda yazılandan sonra onlar tez-tələsik “YouTube”dan silinib.


Videoların populyar olmaması, cəmi bir neçə min izləmə sayı və bir neçə tənqidi şərh toplaması da “Protenge”in gözündən qaçmayıb.

Avqust ayında isə Jetısu əyalətinin yerli məmurları üzərində Tokayevin portr

XS
SM
MD
LG