Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:37

Erməni tərəfinə keçmək istəyənlərlə bağlı açıqlama- [DIN]


►"Məsələyə hüquqi qiymət veriləcək"

DIN Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisinə keçmək istəyən Qəbələ sakinləri ilə bağlı açıqlama verib.

Fevralın 26-da Qəbələ rayonundan olan 25 nəfər Azərbaycan və Ermənistan hərbi birləşmələrinin təmas xəttindən erməni tərəfə keçmək istəmişdilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Modern.az”a belə deyib.

Nazirlik sözçüsü bildirib ki, Qəbələ rayonunun, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər. Onlar məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər.

E. Zahidov həmin vətəndaşların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığını, izahatlarının alındığını, ardından Qəbələyə yola salındığını bildirib:

“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək” - deyə DİN sözçüsü bildirib.

Fevralın 26-da 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla Ağdam rayonundan erməni tərəfə keçərkən saxlamışdı. Onlar Qəbələ rayonunda hüquq mühafizə orqanlarının qanunsuzluqlarından şikayətlənirdilər.

SƏN DƏ FİKRİNİ DE! - AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN ŞƏXSİ PROBLEMƏ GÖRƏ İMTİNA ETMƏK DÜZGÜNDÜR?

XS
SM
MD
LG