Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

Qərb Navalnının zəhərlənməsinə görə Rusiyadan cavab istəyir


Navalnıya azadlıq tələb edən etirazçı saxlanır, arxiv fotosu
Navalnıya azadlıq tələb edən etirazçı saxlanır, arxiv fotosu

Konvensiyanın qaydalarına görə, Rusiya 10 gün ərzində cavab verməlidir

Rusiya həbsdə olan müxalifətçi Aleksey Navalnının zəhərlənməsi haqda sualları cavablandırmalıdır. Belə bir tələblə ABŞ, Britaniya və Almaniya daxil 45 ölkə qlobal kimyəvi silahlara nəzarət qurumunda çıxış edib.

Oktyabrın 5-də Kimyəvi Silahların Qadağanı Təşkilatının iclasında qərb ölkələri Rusiyaya sual siyahısı təqdim ediblər. Bu təşkilat Kimyəvi Silahlar Konvensiyasının icrası, ona necə əməl olunmasına nəzarət edir.

“Şəffaflıq və əməkdaşlığın olmaması...”

“Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətdə çoxları Rusiyanın 2020-ci il avqustun 20-də cənab Navalnya kimyəvi silahla qəsd cəhdinə aydınlıq gətirilməsini istəyir”, – ABŞ Dövlət Departamenti bəyanatında deyir.

“Rusiya tərəfdən davamlı şəkildə zəhərlənməylə bağlı şəffaflıq və əməkdaşlığın olmaması xüsusi narahatlıq doğurur”, – Dövlət Departamenti vurğulayır.

Konvensiyanın qaydalarına görə, Rusiya 10 gün ərzində cavab verməlidir.

Moskva zəhərlənmədə əli olduğunu dəfələrlə təkzib edib.

Putinə ittiham

ABŞ qərb müttəfiqləri ilə belə bir qənaətə gəlib ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentləri Navalnını Sibirə səfəri zamanı Noviçok tipli sinir qazıyla zəhərləyiblər.

Kremlin tənqidçisi Rusiya Prezidenti Vladimir Putini bu hücuma göstəriş verməkdə suçlayıb. Navalnı zəhərlənmədən Almaniyada müalicə almalı olub.

O, yanvarda Rusiyaya qayıdan kimi həbs olunub, tərəfdarlarının siyasi motivli hesab etdiyi ittihamlarla 2 il yarım həbsə məhkum edilib.

Son aylar Rusiyada Navalnının siyasi şəbəkəsi və Antikorrupsiya Fonduna (FBK) qarşı irimiqyaslı təzyiq kampaniyası aparılıb. Fond illərdir Rusiyanın siyasi və biznes elitasında iddia olunan korrupsiyanı ifşa edir.

XS
SM
MD
LG