Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:42

Qırğızıstanın keçmiş gömrük rəsmisi Bakıdan Bişkekə təslim edilib


Raimbek Matraimov
Raimbek Matraimov

Qırğızıstanın Dövlət Gömrük Xidməti sədrinin keçmiş müavini Raimbek Matraimov Bakıdan Bişkekə ekstradisiya olunub.

O bundan əvvəl Qırğızıstanda “azadlıqdan qanunsuz məhrumetmə” ittihamı ilə axtarışda idi.

Bu barədə AzadlıqRadiosunun Qırğız xidməti və The Insider saytı Qırğızıstanın güc strukturlarındakı mənbələrə istinadla xəbər verirlər.

Bu da bildirilir ki, onunla birlikdə Bişkekə keçmiş gömrükçünün qardaşı Tilek Matraimov da gətirilib. O “Oşqaz” müəssisəsi direktorunun keçmiş müavinidir.

Kaktus.media saytının məlumatına görə onları Bişkekə hökumət təyyarəsi gətirib.

Bu da xəbər verilir ki, Qırğızıstan Milli Dövlət Təhlükəsizliyi Komitəsi (MDTK) Bişkekdə Matraimovun qardaşları – İskender və İslam Matraimovları saxlayıb.

Uçuşları izləyən Flightradar xidmətinin məlumatına görə təyyarə Bakıdan Bişkekə yerli vaxtla saat 20:00 radələrində uçub.

AzadlıqRadiosu xəbər verir ki, Bişkek hava limanında ekstradisiya olunanları MDTK-nın maşınları gözləyirdi.

Bu xəbər hələlik rəsmən təsdiq olunmasa da, sosial şəbəkələrdə Matraimovun saxlanmasının videogörüntüləri yayılıb.

Matraimov dövlət gömrük xidmətində 2015-2017-ci illərdə sədrin müavini olub.

O AzadlıqRadiosu Qırğız xidməti, Kloop saytı və Jurnalistlərin Korruspiya və Mütəşəkkil Cinayətkarlığın araşdırıması layihəsi (OCCRP) ilə birgə bir neçə təhqiqatının fiqurantı olub.

2024-cü ilin yanvarında DMTK Matraimovu axtarışa verib.

İstintaqın versiyasına görə o guya qardaşları ilə birlikdə Qırğızıstanın siyasi rəhbərliyinə qarşı qəsd hazırlayırdı.

4 Qırğızıstan vətəndaşı Azərbaycanda saxlanaraq təhvil verilib

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, 4 Qırğızıstan vətəndaşı Azərbaycanda saxlanaraq təhvil verilib.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi bu gün, martın 26-da məlumat yayıb.

Mətbuat xidməti xatırladıb ki, Qırğızıstan hüquq-mühafizə orqanlarının martın 23-də yayılan açıqlamasında bu ölkənin ərazisində “5 nəfər azərbaycanlının şübhəli şəxs qismində” saxlanması barədə məlumat verilib:

“Azərbaycan Daxili İşlər Nazirliyi... qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı qırğız tərəfinə təqdim ediblər. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib”.

Bildirildiyinə görə, qarşı tərəfin müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğızıstan Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar həmin ölkənin aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər:

“Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir”.

Hələlik, bu açıqlamaya saxlanan şəxslərin yaxınları və vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Martın 23-də Qırğızıstanın hüquq mühafizə orqanları bu ölkənin Gömrük Xidmətinin keçmiş rəis müavini Rayımbek Matraimovun Azərbaycanda olması barədə məlumat yayıblar.

Bildirilmişdi ki, məsələ ilə bağlı Azərbaycan tərəfinə müraciət göndərilib və həmin ölkənin güc strukturları Matraimovun ekstradisiya məsələsinə baxırlar. Habelə iddia edilmişdi ki, martın 23-də Qırğızıstanda həbs olunmuş Azərbaycandan olan şəxslərin (5 nəfər olduğu bildirilirdi) Rayımbek Matraimovla əlaqəsinə aid məlumatlar var. Onlar ölkə rəhbərliyinə sui-qəsd hazırlamaqda ittiham edilirlər.

R.Matraimov Qırğızıstanda yanvar ayında axtarışa verilmişdi. O, qanunsuz olaraq azadlıqdan məhrum etmə və daha əvvəl isə korrupsiyada günahlandırılıb.

İstər onun, istərsə də sui-qəsdə hazırlıqda ittiham edilən həmin 5 şəxsin və yaxınlarının ittihamlara münasibətini ayrılıqda öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG