Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Qlobal sorğu: Ən az etimad Çin və Rusiya vaksinlərinədir


Serbia - A man receives a Pfizer-BioNTech Covid-19 vaccine at a clinic in Belgrade on January 13, 2021.
Serbia - A man receives a Pfizer-BioNTech Covid-19 vaccine at a clinic in Belgrade on January 13, 2021.

Nüfuzlu YouGov sorğu şirkətinin nəticələrini eksklüziv olaraq Reuters agentliyi ilə bölüşdüyü qlobal rəy sorğusu göstərib ki, bütün dünyada COVID-19 vaksini vurdurmağı ən çox istəyənlər britaniyalılar və danimarkalılardır.

Nəticələrə görə fransızlar və polyaklar bu məsələdə ən çox tərəddüd keçirən xalqlardır.

Rəy sorğusunda 19 min nəfərin iştirak etdiyi xəbər verilir.

Bu da qeyd olunur ki, bütün ölkələr üzrə COVID-19-a qarşı vaksinlərə münasibət son həftələrdə yaxşılaşıb.

Hazırda Avropada, Şimali Amerika və Asiyada ABŞ, Rusiya, Çin, Almaniya və Britaniyanın istehsalı olan vaksinlərlə peyvəndləməyə başlanıb.

Ən çox vaksin istəyən britaniyalılardır

Britaniyada rəyi soruşulanların 73, Danimarkada isə 70 faizi vaksin vurdurmağa hazır olduğunu bildirib.

Lakin ABŞ-da rəyi soruşulanların yarıdan azı COVID-19-a qarşı vaksinlə peyvəndlənmək istədiyini deyib.

Yeri gəlmişkən, bu rəqəm iyul ayından bəri sabit olaraq qalır.

Polşada rəyi soruşulanların üçdə biri (37 faiz), Fransada isə yarıdan bir qədər azı (48 faiz) vaksinlərə “yox” deyib.

Reuters yazır ki, əhali arasında vaksinlərə etibar koronavirus pandemiyasının buxovlanmasında həlledici rol oynayacaq faktorlardan biridir.

Hazırda bütün planetdə SARS-CoV-2 virusuna 92 milyondan çox insan yoluxub və onlardan 1.98 milyonu vəfat edib.

“Gözləyək görə vurduranların başına nə gəlir…”

Vaksinə etimad tədqiqatçılarının noyabr ayında açıqladığı araşdırma nəticələrində deyilirdi ki, dezinformasiyalar zərdablara etibara zərbə vurur və buna görə də peyvəndləmənin miqyası icmaların xəstəlikdən qorunması üçün lazım olan səviyyəyə çatmaya bilər.

Yanvarın 15-də YouGov şirkətinin açıqladığı sorğu göstərib ki, bir çox ölkələrdə əhalinin əhəmiyyətli azlığı indilik peyvəndlənmək istəmədiyini bildirib.

Bu adamlar vaksin vurduranların “başına nə gələcəyini” gözləmək niyyətindədirlər.

Koronavirus vaksinindən ümumiyyətlə bütün vaksinləri qəbul etmədiyinə görə imtina edənlər Fransada 9 faizdir. Bu, qlobal miqyasda ən böyük göstəricisir.

Lakin ümumilikdə məhz COVID-19 vaksinindən çəkinənlərin faizi daha böyükdür.

Məcburi peyvəndləmə

YouGov respondentlərin icbari peyvəndləməyə münasibətini də öyrənib.

Bir sıra ölkələr əhalinin mümkün qədər böyük hissəsini vaksinləmək məqsədilə peyvəndləməni məcburi etmək məsələsini götür-qoy edir.

Bu ideya ən çox Hindistanda dəstəklənir. Burada rəyi soruşulanların 77 faizi icbari vaksinləməyə tərəfdardır. Bu rəqəm İndoneziyada 71, Meksikada isə 65 faizdir.

Bu barədə britaniyalıların mövqeyi haçalanıb. Onların 40 faizi məcburi vaksinasiyanın leyhinə, 42 faizi isə əleyhinədir.

Amerikalıların yalnız 29 faizi məcburi peyvəndləmənin tərəfdarıdır. Onların 46 faizi bunun qəti əleyhinədir.

Reuters agentliyinin bu xəbərə çəkdiyi videoda deyilir ki, dünya üzrə insanlar ən az Çin və Rusiyanın istehsal etdiyi vaksinlərə etibar edirlər.

Agentlik bu barədə konkret rəqəmlər göstərmir.

XS
SM
MD
LG