Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

Qonşuluqda hegemon olmaq üçün Rusiyanın pulu çatmır?


Vladimir Putin
Vladimir Putin

AzadlıqRadiosunun təhlilçisi Metyu Luksmur yazır ki, keçmiş sovet məkanı boyunca təlatümlərdən sonra, Rusiya çox güman, daha sakit 2021-ci ilə ümid bağlayır.

Belarusda avqustda keçirilmiş prezident seçkisinin nəticələri yüz minlərlə etirazçını Minskin küçələrinə çıxarıb. Etirazlarla üzləşən prezident Alyaksandr Lukaşenka Moskvanın dəstəyi üçün ağız açmalı olub.

Sentyabrda Ermənistan və Azərbaycan arasında tammiqyaslı müharibəyə çevrilən münaqişə Türkiyəni də qarşıdurmaya cəlb edib. Halbuki Rusiya burada özünü həmişə hakimi-mütləq kimi görürdü.

Oktyabrda Qırğızıstanda hökumət binalarını mühasirəyə alan müxalifət moskvayönlü prezidenti istefaya məcbur edib.

Və noyabrda Moldovada keçirilən seçki daim Rusiyaya arxalanan prezidentin məğlubiyyəti, onun avropayönlü rəqibinin qələbəsi ilə nəticələnib.

Məqalədə deyilir ki, Moskvanın diqqəti yaxın qonşuluğuna yönəlsə də, Kreml məsələlərə bu dəfə daha ehtiyatlı yanaşma nümayiş etdirib.

Təhlilçilərin fikrincə, Moskva öz geosiyasi prioritetlərini və əlində olan təsir alətlərini yenidən qiymətləndirməyə başlayıb.

Onlar düşünürlər ki, indi Moskva özünün nüfuz dairəsində daha praqmatik siyasət yürütməyə çalışır.

Kremlin müşavirlərindən Fyodor Lukyanov deyir:

“Rusiyanın təsir barədə düşüncəsi dəyişməkdədir. Bu, postimperiya keçid dövrü üçün təbii olan növbəti addımdır”.

Emosiyaları siyasətdən ayırmaq vaxtı

Məqalədə deyilir ki, Rusiya bir vaxtlar keçmiş Sovet İttifaqının maraqlarını öz maraqları kimi qavrayırdı və onun 2008-ci ildə Gürcüstana müdaxiləsi, 2014-cü ildə Krımı Ukraynadan ilhaq etməsi bu qavrayışdan irəli gəlirdi.

Həmin dövrdə prezident Vladimir Putin xarici ölkələrin öz problemlərini özləri həll etməli olduqlarını desə də, daim Qərbin təsirinə qarşı çxırdı.

Müəllif yazır ki, ilk baxışdan Rusiyanın bir kənarda durub hadisələri izlədiyini düşünmək olar. Amma təhlilçilər bu qənaətdədirlər ki, Moskvanın hazırkı, daha az aqressiv yanaşması onun geosiyasi geri çəkilməsi kimi yox, öz imkanlarının hüdudlarından agah olması kimi qiymətləndirilməlidir.

Moskva Carnegie Mərkəzinin direktoru Dmitri Trenin bu barədə deyir:

“Moskvaya qalsa, keçmiş Sovet İttifaqından törəyən bütün respublikalar öz istədikləri kimi yaşayırlar. SSRİ-nin dağılmasından 30 il sonra Rusiya üçün bütün bu respublikalar xarici ölkələrdir. İndi emosiyaları siyasətdən ayırmaq vaxtıdır. İndi burada nə xüsusi bağlılıq, nə də təmənnasız güzəştlər var”.

Luksmur yazır ki, Rusiyanın yeni yanaşmasının arxasında maliyyə faktorları dayana bilər.

Rus sülhməramlıları separatçılarla qucaqlaşırsa...
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Rusiya Cənubi Qafqazda Türkiyəni legitimləşdirməli oldu

Məqalədə deyilir ki, Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqı keçmiş SSRİ boyunca 200 milyonluq əhali ilə Avropa İttifaqına rəqib kimi düşünülmüşdü. Lakin bu qurum onun üzvləri arasında daha dərin inteqrasiya yarada bilmədi. Bunun ən əsas səbəblərindən biri də Moskvanın bu ittifaqın yaradılmasındakı siyasi motivləri idi.

Luksmur yazır ki, Qərb sanksiyaları Rusiyanın xaricdəki və daxildəki mövqeyinə çox az təsir etsə də, bunlar COVID-19 pandemiyası ilə birlikdə ölkə iqtisadiyyatına zərbə oldu.

Müəllif bu qənaətdərir ki, Moskvanın regional yanaşmasında yaranmış rasionallıq bununla bağlıdır.

Prezidentlər Recep Tayyip Erdoğan (solda), Vladimir Putin və İlham Əliyev
Prezidentlər Recep Tayyip Erdoğan (solda), Vladimir Putin və İlham Əliyev

Keçmiş sovet respublikalarında Rusiyanın vədlərindən öz elektoratını ələ almaq üçün istifadə edən liderlər indi daha böyük təzyiqlə üzləşirlər.

Əgər belə demək mümkündürsə, Rusiya öz xarici siyasətini iqtisadiləşdirib. Luksmur yazır:

“Əlbəttə ki, Rusiya özünün regional rolundan geri çəkilməyib. O özünü Cənubi Qafqazda bir az tərəddüdlü aparsa da, həftələrlə davam edən qanlı döyüşlərdən sonra danışıqlar yolu ilə Dağlıq Qarabağa sülhməramlılar yeridib və hərbi mövcudiyyətini genişləndirib. Amma o həm də Azərbaycanın qatı müttəfiqi olan Türkiyənin monitorinq prosesində aktiv müdaxiləsini legitimləşdirməli olub”.

Rusiya üçün ən ağrılısı Belarusdakı böhrandır

Məqalədə deyilir ki, Putin regiondakı həmkarlarını fəal dəstəkləməkdə davam edir.

Lakin onun Qırğızıstan prezidenti Soronbay Jeyenbekova əlindən gələn dəstəyi göstərəcəyi barədə vədindən iki həftə keçməmiş qırğız prezident devrildi. Moskva müdaxilə etmədi.

Müəllif yazır ki, Avrasiya İqtisadi İttifaqı kimi Rusiyanın başqa transmilli layihələri də özünü doğrultmayıb.

Məqalədə deyiir ki, bütün cəhdlərə baxmayaraq Rusiya və Belarusdan ibarət ittifaq dövləti yaradılmayıb.

Belarusda antihökumət yürüşü
Belarusda antihökumət yürüşü

Luksmur bu qərara gəlir ki, Kreml üçün Dağlıq Qarabağ münaqişəsi və Qırğızıstandan da mühüm olanı Belarusdakı böhrandır.

Lukaşenkanın 26 ildə Belarusda yaratdlığı rejim Putinin Rusiyada yaratdığı üsul-idarəyə bənzəyir: Qərbə şübhə ilə yanaşan ifrat prezident hakimiyyəti və bütün etirazların dövlətin nəzarətindən çıxanadək əzişdirilməsi.

Bu barədə Kremlin keçmiş referentlərindən Abbas Qalyamov belə deyir:

“Belarusda baş verənləri görməzliyə vura bilməzsən. Lukaşenka eyni şəraitdə eynilə Putin kimi hərəkət edir. Və əgər Belarusda üsyan mümkün olubsa, bunun 2024-cü ildə Rusiyada da baş verə biləcəyini nəzərə almamaq olmaz”.

XS
SM
MD
LG