Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:28

Rabitəçilərin məhkəməsi cəmi bir həftə çəkdi


Bakı Ağır Cinayətlər Məhkəməsi binası
Bakı Ağır Cinayətlər Məhkəməsi binası

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə cəmi bir həftə çəkib...

Həbsdəki rabitəçilər azadlığa buraxılıblar

Ötən ilin oktyabrında keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN-də) başlanan həbs dalğasının ardından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də səs-küylü olaylar baş verdi. Nazir Əli Abbasov vəzifədən azad edildi, nazirlikdə, eləcə də bu quruma tabe strukturlarda xeyli həbslər gerçəkləşdi. Onlardan ikisinin - Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidovla qovşağın baş mühasibi işləmiş Rəşad Məmmədovun məhkəməsi artıq başlandı və... Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses cəmi bir həftə çəkdi. Oktyabrın 6-da onlara hökm oxundu.

Buna da bax:​ Daha bir hay-küylü məhkəmə başlayır

Şərti məhkumluq maddəsi tətbiq edilib

Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmlə təqsirləndirilən şəxslərin hər ikisi məhkəmə zalından azadlığa buraxılıb. Rabitəçilərə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub.

Fətullah Seyidov və Rəşad Məmmədov CM-in 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə suçlanırdılar. İttihama görə, onlar dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəyib, qovşağın tabeliyindəki müəssisələrdə təmir xərclərin şişirdib, tenderlərdə özlərinə yaxın adamların şirkətlərini qalib elan ediblər. Təmir-tikinti materiallarına, avadanlığa təxminən 3 milyon, işlərin görülməsinə isə təxminən 12 milyon sərf olunsa da, xərclənmiş ümumi məbləğ 16 milyon 853 min manat göstərilib.

Buna da bax:​ Rabitə işçisi: 'Hara deyiblər, ora da qol çəkmişəm'

İfadə verərkən belə demişdilər

Adları çəkilən rabitəçilər məhkəmədə ifadə verərkən, özlərini qismən təqsirli bilib demişdilər ki, onlar göstəriş verilən sənədləri imzalayıblar.

Bakı Telefon Rabitə İstehsalat Birliyinin keçmiş direktoru, hazırda həbsdə olan Beytulla Hüseynov məhkəmədə şahid qismində dindirilərkən, birliyin rayonlardakı qovşaqlarında görülən təmir-tikinti işlərinə ayrılan xərclərin 20-25 faiz şişirdildiyini təsdiqləmiş və göstərişin Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən gəldiyini vurğulamışdı.

XS
SM
MD
LG