Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:47

Rasim Məmmədova 14 il həbs cəzası verildi


R.Məmmədov
R.Məmmədov

"Baku Steel Company" MMC poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib. Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Məmmədov və ailə üzvlərinin adına olan təxminən 70 milyon manatlıq əmlak da müsadirə olunub. Onların arasında aşağıdakı əmlaklar var: Xəzər rayonu, Mərdəkan və Şüvəlan qəsəbələrində bağ evləri; Parlament prospektində qeyri-yayış sahəsi; Ziya Bünyadov prospektində 2600 kv.metr qeyri-yaşayış sahəsi; Sabunçu qəsəbəsində obyekt; Azadlıq prospekti-54 ünvanında mənzil; Əhməd Cavad küçəsində mənzil; Abbasqulu Abbaszadə-108A ünvanında yerləşən Bakı Oksford Məktəbi və s.

Bakı Oksford Məktəbinin təsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə üzərinə həbs qoyularkən bu əmlak 22 milyon manat qiymətləndirilib.

Prokurorun müsadirəsini tələb etdiyi əmlaklardan yalnız bir torpaq sahəsi və Səməd Vurğun küçəsindəki iki mənzilin üzərindən həbs götürülüb, qalan əmlaklar müsadirə olunub.

Dekabrın 26-da son sözündə Rasim Məmmədov heç bir cinayət törətmədiyini və bəraət istədiyini bildirib.

"Belə çıxır ki, mənə dövlətə xəyanət ittihamı verilsəydi, siz onu da araşdırmayacaqdınız. Həyat bumeranqdır, kim neyləyirsə, təpəsindən dəyir. Mən heç bir cinayət törətməmişəm. Çox istərdim ki, Azərbaycan məhkəmələri mənə bəraət versin", – Məmmədov belə deyib.

O vurğulayıb ki, "Baku Steel Company"nin ona məxsus olmadığını iddia etmək absurddur.

Xatırlatma

1976-cı il təvəllüdlü Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə, armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla və s. zavoda ziyan vurub.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib.

Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, 2011-ci ildə "Baku Steel Company"də işə başlayarkən Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə edib, razılaşıblar.

"Baku Steel Company" təsis olunandan az sonra onun səhmlərinin 50 faizi "Politon"a satılıb. "Politon"un əsl sahibi barədə məlumat olmasa da, onun hüquqi ünvanı ilə "AtaHolding", "Synergy Group" kimi şirkətlərlə bağlılığı olan şirkətlərin hüquqi ünvanı eyni eynidir.

XS
SM
MD
LG