Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:23

'Robot hakim' düzgün qərarlar çıxarıb


Robot. Foto illüstrasiya
Robot. Foto illüstrasiya

Böyük Britaniya alimləri süni intellekt texnologiyası ilə «robot hakim» hazırlayıblar.

Süni intellektin son yeniliyi Avropa İnsan Hüquqları Məhkəməsində baxılan iddialardan 79 faizinin hökmünü doğru təxmin edib.

BBC-nin xəbərinə görə, London Universitet Kolleci və Şeffild Universitetinin kompüter mühəndisləri tərəfindən hazırlanan alqoritm məhkəmə iddialarını həm qanuni, həm də əxlaqi normalara uyğun incələyir.

Alqoritmi ərsəyə gətirən qrup süni intellektli proqrama Avropa Məhkəməsində baxılan 584 iddianı yükləyib. «Robot hakim» bu iddiaların hökmlərini təxmin edib. Süni intellekt hər beş qərardan dördünü doğru müəyyən edib.

HAKİMLƏRİN İŞİNİ ASANLAŞDIRA BİLƏR

London Universitet Kollecindən professor Nikolas Aletras yeni texnologiyanın yaxın gələcəkdə hakimləri əvəzləyə biləcəyini düşünməsə də, faydalı ola biləcəyinə inanır:

«Süni intellekt iddiaları daha sürətli incələməyə imkan verəcək. Yenilik insan hüquqlarının pozulduğu iddiaları tapmağı asanlaşdıra bilər».

Araşdırmanın sonrakı mərhələlərində tədqiqatçılar sistemə daha çox məlumat yükləməyi planlaşdırırlar. Süni intellekt şahidlərin ifadələrini, vəkillərin çıxışlarını da incələyə biləcək.

XS
SM
MD
LG