Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:09

Roqozin: «Biz getsək, Qarabağda qanlı savaş başlayacaq»


Dmitry Rogozin tankda, Tula, 2014
Dmitry Rogozin tankda, Tula, 2014

►Baş nazirin müavini: "Orda dərhal ABŞ və NATO peyda olacaq"

Rusiya baş nazirinin müavini Dmitriy Roqozin deyib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki tərəflərin hər ikisi ilə əməkdaşlıq etməsi qüvvələr balansını qorumağın zəruriliyi ilə bağlıdır.

Roqozin aprelin 12-də "Exo Moskvı" radiostansiyasının efirində bildirib ki, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah satması məhz bu zərurətdən irəli gəlir.

O qeyd edib ki, bu qüvvələr balansı Dağlıq Qarabağ konfliktinin irimiqyaslı silahlı münaqişəyə çevrilməməsi üçün vacibdir:

"Biz oradan çıxan kimi, Ermənistanla Azərbaycanın hərbi-texniki tərəfdaşı olmağı dayandıran kimi orada "siyasət sahəsində daha məharətli" oğlanlar peyda olacaq. Onlar məhz hücum və zərbə xarakteri daşıyan silahların satışı hesabına orada, bizim sərhədlərimizin yanında nəhəng insan tələfatı ilə müşayiət olunan qanlı müharibə törədəcəklər,"

Dmitriy Roqozinin sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir, Azərbaycansa regionda strateji tərəfdaşdır və Rusiyanın onunla sıx iqtisadi əlaqələri var.

"Təsəvvür edin ki, biz tərəflərdən biri ilə hərbi-texniki əməkdaşlığı dayandırırıq. Orada dərhal amerikalılarla NATO peyda olacaq," deyə Roqozin xəbərdar edib.

Qeyd edək ki, Qarabağdakı son toqquşmadan sonra Ermənistan Rusiya rəhbərliyini Azərbaycana silah satışını dayandırmağa çağırıb.

__________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel proqramında

Cəbhədə atəşkəs 100 dəfə pozulub...
Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər
Keçmiş səfir Matthew Bryza ABŞ-ı Qarabağla bağlı fəal olmağa çağırır...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel TV proqramında

"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"
"Yaxşı rektor olar, psixiatrdır..."

Buna da bax: AzadlıqRadiosu Yotube Kanalından izləyin:

___________________________________________________________

Bunlara da bax:
Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək
Azərbaycanlı sahibkar Tbilisidə aclıq etdiyini deyir

___________________________________________________________

XS
SM
MD
LG