Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:46

İran prezidentindən ABŞ-a xəbərdarlıq


Hassan Rouhani
Hassan Rouhani

İran prezidenti Hassan Rouhani ABŞ məhkəməsinin İrana məxsus dondurulmuş 2 milyard dollara yaxın vəsaiti saxlamasını açıq-aşkar oğurluq və İran xalqına qarşı düşmənçiliyin davam etdirilməsi kimi qiymətləndirib.

O bunu çərşənbə günü Nazirlər Kabinetinin iclasında məsələyə münasibət bildirərkən deyib.

Rouhani deyib ki, İran hökuməti İran xalqının təmsilçisi kimi onun hüququnun qorunması üçün əlindən gələni əsirgəməyəcək və bunu bərpa edənədək səylərini davam etdirəcək.

Ruhani qeyd edib ki, dünyanın hansısa bir yerində məhkəmə və yaxud qanunvericilik orqanının İran xalqının hüququ və əmlakı barəsində qərar çıxarması, tamamilə qanunsuz və beynəlxalq hüquq normalarına ziddir.

ABŞ-ın Ali Məhkəməsi ötən həftə Tehrana məxsus 2 milyard dolların İranın əli olduğu terror qurbanlarının ailələrinə ayrılması barədə qərar çıxarıb.

Söhbət 1300-dən çox amerikalıdan gedir.

Onların yaxınları 1983-cü ildə Beyrut, 1996-cı ildə isə Səudiyyə Ərəbistanında törədilən partlayışlarda həlak olub. İran bu terror aktlarında əli olmadığını deyir.

XS
SM
MD
LG