Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:48

Rusiya rublu kəskin ucuzlaşır


İllüstrativ foto
İllüstrativ foto

Mərkəzi bank ötən həftə faiz dərəcəsini gözlənilmədən 20 faizdən 17 faizə salıb

Rusiyanın mərkəzi bankı kapitala müvəqqəti nəzarət tədbirlərini müəyyən qədər yüngülləşdirmək qərarı verəndən sonra rubl kəskin ucuzlaşıb. Tədbirlərin məqsədi beynəlxalq sanksiyaların rubla təsirini məhdudlaşdırmaq idi. Rusiya fevralın 24-də Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan Qərbin sərt maliyyə sanksiyaları ilə üzləşib.

Mərkəzi bankın aprelin 8-də axşam bildirdiyinə görə, bu gündən – aprelin 11-dən xarici valyutanın brokerlər vasitəsilə alışına görə 12 faizlik komissiya haqqı qaldırılır.

Bank həmçinin aprelin 18-dən fərdlərə xarici valyuta satışına müvəqqəti qadağanı ləğv edəcəyini açıqlayıb.

Həm dollara, həm avroya qarşı ucuzlaşma

Aprelin 11-də səhər Moskva Birjasında bir dollar 82.09 rubl olub, aprelin 8-də isə məzənnə 71 idi.

Yerli vaxtla saat 10:30-da rublun dollara qarşı gündəlik məzənnəsi 5 faiz azalaraq 80, avroya qarşı isə 4.4 faiz düşərək 86.4 olub.

Rublun dəstəklənməsi sırasında əsas tədbirlər ixraca fokuslanan şirkətlərin xarici valyuta ehtiyatlarının 80 faizini rubla çevirmək məcburiyyəti, eləcə də faiz dərəcələrinin qaldırılması idi. Mərkəzi bank ötən həftə faiz dərəcəsini gözlənilmədən 20 faizdən 17 faizə salıb.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan dərhal sonra rubl kəskin ucuzlaşmışdı. O zaman bazarlar Qərbin sanksiyalarının Moskvaya təsirini dəyərləndirməyə çalışırdılar.

XS
SM
MD
LG