Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Sələmə pul verən deputat iddiasından geri çəkildi


Rüfət Quliyev
Rüfət Quliyev

Deputat Rüfət Quliyevin ötən ilin martında dünyasını dəyişmiş dostu Namiq Səfərovun ailəsinə qarşı 328 min 650 dollarlıq iddiası üzrə işə xitam verilib.

Bu barədə avqustun 30-da Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev qərar çıxarıb.

Hakim tərəflər arasında avqustun 29-da məhkəmədən kənar barışıq sazişi bağlanmasını əsas götürüb və iş üzrə icraata xitam verilib.

Sazişə əsasən, mərhum Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərova 80 min dollar ödəməyi öz öhdəsinə götürüb.

Buna da bax-Sələmə pul vermiş deputat 328 min dollarını istəyir

Xatırladaq ki, deputat Rüfət Quliyev mərhum dostu Namiq Səfərova 2011-ci ildə müqavilə əsasında 8-10 faizlə 81 min 850 dollar borc verdiyini bildirir və məhkəmədə həmin pulu, eləcə də 2015-ci ilin fevralına qədər yığılmış faiz olaraq, 246 min 800 dolları (ümumilikdə 328 min 650 dollar) tələb edirdi. O, 2015-ci ilin noyabrında bu barədə iddia ilə məhkəməyə müraciət etmişdi. Həmin iddia əsasında Səfərovlar ailəsinin əmlakının üzərinə həbs qoyulub.
Nuranə Səfərova isə həyat yoldaşının kimsəyə borcu olmadığını bildirir və öhdəlik müqaviləsinin də saxta olduğunu deyirdi.

Buna da bax-Lombardlara dövlət nəzarəti

Lombardlara dövlət nəzarəti
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

XS
SM
MD
LG