Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:22

Bayram dəhşətləri...


Orenburqda tıxacda qalan sürücülər
Orenburqda tıxacda qalan sürücülər

►Rusiyada bayram günləri bəd xəbərlərlə bol olub

Onlarla adam qarın altında qalıb, vokdadan zəhərlənənlər olub, dəhşətli qətllər, içkili ifritə ovu...

Rusiyada bayram 10 gün sürüb. Bu müddət ərzində çox şey baş verib.

2016-cı il başlayandan Rusiya mediasının verdiyi bəd xəbərlərin çoxu alkoholla bağlı olub.

Xəbərlər arasında "içkili xuliqanların" avtobusdan düşən sərnişinlərə atəş açmasından tutmuş sərxoş dənizçinin Vladivostokdan Kamçatkaya uçan təyyarəni partlatmaqla hədələməsi və adamlara xəsarət yetirməsinə, sonradan həbs edilməsinə qədər ən ağlagəlməz hadisələr yer alıb.

Moskvada bir nəfər spirtli içkidən zəhərlənərək ölüb. Polis onun evində düz səkkiz ədəd boş vodka şüşəsi aşkar edib. Novosibirskdə isə beş evsiz şəxs zibillikdən tapdıqları naməlum mayeni içərək tələf olub.

Arxangelskdə iki sərxoş qadın qonşu qadın evində ola-ola onun evini yandırmağa çalışıblar. Onlar bunu qadının "ifritə olması" ilə izah ediblər.

Dekabrın 30-da, hələ bayramlar başlamamış Uzaq Şərqdə bir kişinin alkohol zəhərlənməsindən öldüyü bildirilib və o morqa aparılıb. Ancaq o bir neçə saatdan sonra ayılaraq öz içki yoldaşlarına qoşulub.

Buna da bax: Sülh küçəsindəki mağazaları kim sökmək istəyir?

Çox az ölkədə bayramlar Rusiyadakı yanvar bayramları qədər uzun olur. Ruslar Yeni İl günündən yanvarın 11-nə qədər işə getmirlər.

Tənqidçilər deyir ki, bu zaman rusların həddindən çox vaxtı və görməyə həddindən az işi olur. Rusiyada yaşanan iqtisadi çətinliklər və xarici ölkələrlə gərgin münasibətlər sayəsində xaricə səfər etmək çətinləşir.

Ölkənin içərisində səyahət etmək də təhlükəsiz deyil. Orenburqda onlarla insan qar uçqunu altında qalıb, xilas xidməti isə onların köməyinə yalnız 16 saatdan sonra yetişə bilib. Bir nəfər ölüb, çox adam aşağı temperaturla bağlı xəsarətlər alıb.

Sankt-Peterburqda havanın temperaturu -20 dərəcəyə enəndən sonra Fövqəladə Hallar Nazirliyi şəhər sakinlərində evdə qalmağı tövsiyə edib. Bu mövsümdə buz sırsıralarının qopub yerə düşərkən insanları tələf etməsi halları da olur.

Rusiya mətbuatında bəd xəbərlərin bu qədər çox olmasının səbəblərindən biri bayram günlərində daha az rəsmi tədbirin keçirilməsi ola bilər.

Amma ölkədə bayram günlərində nəhəng tortlar da bişirilib. Məsələn, Kemerovoda bilirilmiş tort 68 kiloqram ağırlığında olub.

Keçən il Uzaq Şərqdə, Primorye regionunda milli parkın işçiləri Amur adlı pələngə yemək üçün Timur adlı diri keçi gətiribmişlər. Ancaq Amur Timuru yemək əvəzinə onunla dostlaşıb. Onların dostluğu İnternetə səs salıb və dövlət mediasında işıqlandırılıb.

Amur və Timur
Amur və Timur

XS
SM
MD
LG