Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:48

Putin Əliyevlə görüşdə: 'Vəziyyət sadə deyil'


İ.Əliyev və V.Putin, Soçi, Rusiya, 21 iyul
İ.Əliyev və V.Putin, Soçi, Rusiya, 21 iyul

İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, lham Əliyevi salamlayan Vladimir Putin regionda vəziyyətin sadə olmadığını deyib:

"Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var."

İlham Əliyev Rusiya və Azərbaycanın münasibətləri yüksək səviyyədədir:

"Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var."

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Buna da bax: Bakı ilə Moskva arasında nə baş verir?

Bakı ilə Moskva arasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

***

Bu gün – iyulun 21 Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü keçirilir.

Bu barədə İTAR-TASS agentliyi Rusiya prezidentinin sözçüsü Dmitry Peskov-aistinadən xəbər yayıb.

O bildirib ki, işgüzar görüş axşam saatlarında Soçidə baş tutacaq.

Görüşdən əvvəl Vladimir Putinin məktəblilərlə görüşü keçirilib, onlar prezidentə müxtəlif mövzularda suallar veriblər. Fərqli bir mövzuda problemdən söhbət düşəndə Putin deyib ki, onun heç bir problemi yoxdur, problemi 1 saatdan sonra olacaq. Bir saatdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

XS
SM
MD
LG