Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:33

Ukrayna Xarkov vilayətində əks-hücuma keçdiyini bildirir


Ukrayna Milli Qvardiyası Xarkov yaxınlığında
Ukrayna Milli Qvardiyası Xarkov yaxınlığında

Rusiya Müdafiə Nazirliyi Xarkov ətrafında son vəziyyət barədə məlumat verməyib

AzadlıqRadisionun Rus xidməti Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən xəbər verir ki, Ukrayna qoşunları Xarkov vilayətindəki 5 yaşayış məntəqəsinə nəzaərəti ələ alıb.

Söhbət Aleksandrovka, Fyodorovka, Ukrainka, Şestakovo, Pobeda kəndlərindən və Çerkasskiye Tişki kəndinin bir hissəsindən gedir.

Baş Qərargahdan bu da xəbər verilir ki, Rusiya qüvvələri Novaya Dmitrovka qəsəbəsi istiqamətində hücuma cəhd etsə də, uğur qazana bilməyib.

Hazırda Luqansk vilayətində Şandriqolovo, Rubejnoye və Voyevodovka kəndləri uğrunda döyüşlər gedir.

Mayın 5-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı demişdi ki, Ukrayna qoşunları Xarkov vilayətində əks-hücuma keçib.

Rusiya Müdafiə Nazirliyi Xarkov ətrafında son vəziyyət barədə məlumat verməyib.

AzadlıqRadiosu bildirir ki, döyüşlərin getdiyi bir şəraitdə informasiyaların yerində yoxlanması çətindir.

Almaniya Ukraynaya haubitsa verəcək

Almaniya mayın 6-da bildirib ki, Ukraynaya yeddi özüyeriyən haubutsa göndərəcək. Avadanlıq təchizatını gücləndirmək üçün ölkə içindən və xaricdən təzyiqlərlə üzləşən Almaniya müharibə zonalarına ağır silahlar göndərməməklə bağlı siyasətini dəyişməli olub.

Berlin daha öncə “Gepard” antitəyyarə sistemləri göndərəcəyini açıqlamışdı.

“Amnesty International” insan haqları təşkilatının mayın 6-da yaydığı hesabatda deyilir ki, Rusiya əsgərlərinin fevral-mart aylarında Ukrayna paytaxtı ətrafında hərbi cinayətlər törətməsinə, dinc sakinləri məhkəməsiz öldürməsinə inandırıcı dəlillər var.

Dinc sakinlərin “tələsik güllələnmə və işgəncə” kimi pozuntulara da məruz qaldığı bildirilir.

Hesabatda deyilir ki, Rusiya əsgərləri Kiyev yaxınlığındakı Buçada, özəlliklə Yablunska və Vodoprovidna küçələrinin kəsişməsində “xeyli sayda aşkar hərbi cinayətlər”, o cümlədən “saysız qanunsuz qətllər” törədiblər.

***

Ukrayna Prezidenti Volodimir Zelenskinin baş müşaviri Andrey Yermak mayın 5-də bildirib ki, BMT-nin rəhbərliyi ilə Mariupoldan və Azovstal zavodundan 500-dək dinc sakin çıxarılıb.

Kiyev “dinc sakinlərini və ordusunu xilas etmək üçün hər şeyi edəcək”, – Yermak mayın 6-da Telegram-da yazıb.

“Azovstal-dakı adamlarımızı xilas etməyin daha bir mərhələsi davam edir”, – o deyib.

***

Rusiya qüvvələri Ukraynanın Mariupol liman şəhərindəki Azovstal polad zavoduna hücumu bərpa edib.

Zavodda 2 minədək döyüşçünün və yüzlərlə dinc sakinin qaldığı bildirilir. Həftənin əvvəlində Rusiya qüvvələri zavodun müdafiəsini yara bilib. BMT isə zavoddan daha bir təxliyənin gerçəkləşdiyini bildirir.

“Xeyli yaralı var, amma təslim olmurlar”

Ukrayna Baş Qərargahı mayın 6-da bildirib ki, Rusiya qüvvələri zavoda havadan zərbələr endirirlər.

“Xeyli yaralı var, amma təslim olmurlar. Onlar mövqelərini saxlayırlar”, – Ukrayna Prezidenti Volodimir Zelenski mayın 5-də gecə çıxışında deyib.

Həftələrdir mühasirədə olan Mariupol küçə döyüşləri və bombardman nəticəsində dağıdılıb. Azovstal isə ukraynalı əsgərlərin son istehkamına çevrilib. Onlar şəhərin Rusiyaya tam təslim olmamasına çalışırlar.

Bu arada Rusiya Ukraynanın şərqi Donbas regionunda hücumu davam etdirir. Ukrayna qüvvələri Rusiyanın hərəkətini əngəlləyir, hətta bəzi əraziləri geri alır.

9 may gəlir

Rusiya Prezidenti Vladimir Putinin 9 may – nasist Almaniyası üzərində qələbənin ildönümündə Azovstal-da zəfəri elan etmək istədiyi haqda spekulyasiya var.

“Rusiyanın Azovstal-ı əlı keçirmək və Mariupolu tamamilə tutmaq cəhdini yenilməsi qarşıdan gələn 9 may Qələbə Günü tədbirləri, Putinin Ukraynada simvolik uğur qazanmaq istəyi ola bilər”, – Britaniyanın Müdafiə Nazirliyi mayın 6-da gündəlik bülletendə bildirir.

“Bu hücum Rusiyaya heyət, avadanlıq və sursat hesabına başa gəlir. Ukrayna Azovstal-da müqaviməti davam etdirdikcə Rusiyanın itkiləri cənubdakı Donbasda əməliyyat planlarını pozmaqda davam edəcək”, – nazirlik bildirib.

Mariupolun itirilməsi Ukraynanın Azov dənizi sahilində vacib limandan məhrum olması deməkdir. Rusiya eyni zamanda 2014-cü ildə ilhaq etdiyi Krım vilayətinə quru dəhlizi əldə edəcək, Donbasa və digər yerlərə göndərməyə əlavə əsgəri qüvvəsi yaranacaq.

Azovstal-da vəziyyət

Azovstal-da labirint formalı tuneldə gizlənmiş ukraynalılar isə sosial mediada video və foto yerləşdirir, beynəlxalq ictimaiyyətə müraciət edirlər.

Əsgərlər “müalicəsiz, ağrı içində ölürlər”, Azov alayının komandir müavini, kapitan Svyatoslav Palamar mayın 5-də videomüraciətində deyib. O, dinc sakinlərin və yaralı döyüşçülərin çıxarılması üçün beynəlxalq ictimaiyyətdən kömək istəyib.

BMT-nin mayın 5-də bildirdiyinə görə, dinc sakinlərin evakuasiyası üçün daha bir əməliyyat aparılır.

“Üçüncü əməliyyat aparılır, ancaq mümkün uğura zərbə vurmamaq üçün başa çatmadan detalları danışa bilmərik”, – Baş katib Antonio Quterres Nyu Yorkda BMT-nin Təhlükəsizlik Şurasının iclasında deyib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk da mayın 6-da yeni evakuasiya cəhdinin planlaşdırıldığını bildirib.

XS
SM
MD
LG