Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:08

Rusiyada neftin gətirdiyi “firavanlıq” qurtardı


Rusiyada istehlak erası başa çatır
Rusiyada istehlak erası başa çatır

Bundan sonra rusiyalılar şopinqi, kreditləri və maaş artımını unutmalı olacaqlar

-

BBC Rus xidmətinin saytında dərc olunmuş məqalədə deyilir ki, Rusiya bankları illik yekun hesabatlarında ölkədə 15 ildir ki, davam edən istehlakçılıq modelinin süqutunu bəyan ediblər.

Hesabatlardan görünən budur ki, Rusiyada bundan sonra gəlirlərin sürətli artımı, kütləvi idxal və istehlak baş verməyəcək.

Sberbank-ın investisiya departamenti Rusiyanın, özünü hazırlamalı olduğu yeni makroiqtisadi reallıqlardan söz açıb. Bankın qənaətinə görə, indi artıq yeni modelin başlanğıcında stabilləşmə fazasının astanasıdır.

“Biz hesab edirik ki, iqtisadi artımın uzunmüddətli templəri aşağı olacaq və istehlak tələbi əvvəllər olduğu kimi iqtisadi artımın yüksəlişində asparıcı rol oynamayacaq” – deyilir Sberbankın hesabatında.

Alfa-Bankın iqtisadçıları Nataliya Orlova və Dmitri Dolqin dekabr hesabatında yazırlar ki, iqtisadiyyatın istehlak modeli artıq tükənib.

Onların fikrincə, rusiyalılar gözləntilərini qısmalı və özlərini, maaşların hətta rubl hesabı ilə artmayacağı uzun bir dövrə hazırlamalıdırlar. Ölkə sakinləri bu dövrdə, ən başlıcası, xərclərini kəskin azaltmaq barədə düşünməli olacaqlar.

Neft Rusiyanı 9-cu yerə qaldırmışdı

İqtisadçılar yazırlar ki, Rusiya iqtisadiyyatında artımın istehlak modeli 1990-cı illərdən formalaşmağa başlamışdı.

2000-2007-ci illərdə vergiləri və inflyasiyanı çıxdıqdan sonra ələ gələn təmiz gəlir orta hesabla 12 faiz artırdı.

Rusiyada firavanlığın yeganə açarı xammal idi
Rusiyada firavanlığın yeganə açarı xammal idi

“2014-cü ildə əhalinin istehlak xərcləri 1 trilyon dollara çatmışdı” – deyilir Alfa-Bankın hesabatında.

Həmin vaxt Rusiya istehlak xərclərinə görə dünyada 9-cu yeri tuturdu. Bu mənada Rusiyadan irəlidə yalnız ABŞ, Yaponiya və Almaniya kimi çox zəngin ölkələr, ya da əhalisi nəhəng olan Hindistan və Çin gedirdi.

İqtisadçılar bunu neft qiymətlərinin yüksəlişi və bunun müqabilində milli valyutanın – rublun möhkəmlənməsi ilə izah edirlər.

Bu dövrdə aparılmış uğurlu vergi islahatı da öz müsbət rolunu oynayıb. Bu islahat nəticəsində gəlirlərdən vergilər 13 faizə endirilmişdi. Beləliklə, 2000-ci illərdə istehlak artımı istehlak kreditləndirməsini təmin edirdi.

İslahat nəticəsində vətəndaşların gəlirləri xeyli artmış və kreditlərin alınması asanlaşmışdı.

Maaş artımı olmayacaq

2008-2009-cu ilin böhranı zamanı isə istehlakı büdcə xərcləri stabil saxlamışdı. Digər tərəfdən bu dövrdə pensiyalar və büdcə təşkilatlarında işləyənlərin maaşları artır və nəticədə əhali hələ də geniş alıcılıq qabiliyyətində qalırdı.

Rəssam Sergei Elkin Putinin populyarlıq modelini belə təsvir edib
Rəssam Sergei Elkin Putinin populyarlıq modelini belə təsvir edib

İqtisadçılar deyirlər ki, məhz həmin dövr ərzində Rusiya iqtisadiyyatının strukturu dəyişib. Son 15 il ərzində Ümumi Daxili Məhsulda istehlak xərclərinin payı 37 faizdən 56 faizə yüksəlib. Pərakəndə ticarət, daşınmaz əmlak və xidmətlər artım üçün impuls alıb. Lakin həmin dövrdə iqtisadiyyatda yeganə inkişaf edən sahə xammal hasilatı olub.

Ekspertlər bir ağızdan deyirlər ki, istehlakı bundan o yana artırmaq, sadəcə olaraq mümkün deyil. Sberbank bunu rublun devalvasiyası, əhalinin maaş və əmanətlərinin azalması ilə izah edir.

Alfa-Bankın hesabatında deyilir ki, 2014-cü ilin ÜDM-ində maaşların payı 52 faizə çatıb. Bu, bir çox inkişaf etməkdə olan ölkələrdəkindən xeyli çox olub. Lakin indi, iqtisadi artımın yavaşıdığı bir şəraitdə maaş və ya pensiya artımları olmayacaq.

Hesabatda qeyd olunur ki, belə aşağı neft qiymətlərinin olduğu bir vaxtda maaşların artırılması sadəcə olaraq mümkün deyil.

Rəqabət? Hansı rəqabət?

Bununla belə, banklar müəyyən nikbinlik də ifadə ediblər. Sberbank hesab edir ki, yaxın illərdə hətta köklü islahatlar keçirilmədən də iqtisadi artım 2 faiz civarında qalacaq.

Neftə gəlincə isə onun qiymətlərinin artmasını ən çox gözləyən OPEC kartelinin ən nikbin proqnozlarına görə, bu, ən azı 2040-cı ilədək baş verməyəcək

Bank hesab edir ki, rublun devalvasiyası nəticəsində Rusiyada işçi qüvvəsi və resurslar ucuzlaşıb, bu isə ölkə iqtisadiyyatının yeni mühərrikinə çevrilə bilər. Sberbank ehtimal edir ki, bu, həmçinin Rusiya iqtisadiyyatının rəqabət qabiliyyətini artıra bilər. Lakin məsələ də burasındadır ki, Rusiya neft və qazdan başqa elə də çox mal ixrac etmir.

Sberbankın hesabatında deyilir ki, hazırda ÜDM-də şirkətlərin payı 33 faiz təşkil edir və əgər onu 36-37 faizədək yüksəltmək mümkün olsa, vəziyyət 2004-2005-ci illərdəki kimi ola bilər. O vaxt da neftin qiyməti təxminən indiki qədər idi.

1998-ci ilin devalvasiyası vaxtında Rusiyada artıq buna bənzər bir hal baş vermişdi.

Lakin nikbin əhval-ruhiyyədə olmayan iqtisadçılar deyirlər ki, hətta neftin qiymətləri artarsa da, bu, istehlakın artması ilə müşayiət olunacaq, çünki Rusiyada istehlak modelindən başqa model yoxdur.

Neftə gəlincə isə onun qiymətlərinin artmasını ən çox gözləyən OPEC kartelinin ən nikbin proqnozlarına görə, bu, ən azı 2040-cı ilədək baş verməyəcək.

XS
SM
MD
LG