Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:38

Rusiya Ukraynada ‘ağır itkilər’ verdiyinə dair xəbəri təkzib edir


Primorye diyarının qubernatoru Oleq Kojemyako
Primorye diyarının qubernatoru Oleq Kojemyako

Əsgərlər generalların onları Donetskin cənub-qərbindəki Ukrayna qüvvələri üzərinə “lüzumsuz” hücuma göndərdiklərindən şikayət edirlər

Rusiya Müdafiə Nazirliyi noyabrın 7-də özünün dəniz piyadaları birliyinin böyük itkilər veridyi barədə iddiaları təkzib edib.

Nazirlik nadir hallarda belə təkziblə çıxış edir.

Müdafiə Nazirliyi bu bəyanatı ilə əslində bloggerlərin yaydığı xəbərə reaksiya verib.

Bloggerlər bildirirdilər ki, Rusiya Sakit Okean donanmasının 155-ci dəniz piyadaları əlahiddə qvardiya briqadasının əsgərləri açıq məktub yazıblar.

Bu məktubda onlar generalların onları Donetskin cənub-qərbindəki Ukrayna qüvvələri üzərinə “lüzumsuz” hücuma göndərdiklərindən şikayət edirdilər.

Məktubda deyilirdi:

"Bizim “böyük generallarımızın” “ustalıqla” hazırladığı hücum nəticəsində 4 gün ərzində 300-dək əsgərimiz həlak olub, yaralanıb, itkin düşüb və biz texnikamızın yarısını itirmişik”.

Reuters yazır ki, Primorye diyarının qubernatoru Oleq Kojemyakoya ünvanlanmış bu məktubun mətni “Boz zona” adlı populyar hərbi bloqda dərc olunub.

“Bəli itkilər olub, amma...”

Kojemyako məktub aldığını təsdiqləyib, amma deyib ki, məktubda haqqında danışılan itkilər şişirdilib:

"Biz komandanlıqla əlaqə saxlamışıq. Bəli, orda itkilər olub, amma məktubda yazıldığı qədər yox”.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında dəniz piyadaları briqadasının “yüksək, mənasız canlı qüvvə və texnika” itkisi verildiyinə dair xəbər təkzib edilir.

Nazirlik bildirir ki, əksinə son 10 gündə Rusiya qüvvələri Ukraynanın müdafiə xətti istiqamətində 5 kilometr irəliləyə bilib.

"Birləşmə komandanlığının düşünülmüş hərəkətləri sayəsində hərbi birləşmənin itkiləri 1, yaralı sayı 7 faizdən çox olmayıb. Birləşmənin əhəmiyyətli hissəsi artıq xidmətə qayıdıb”.

Rusiyada İT üzrə mütəxəssis səfərbərliyə görə meşədə qurduğu gizli çadırdan işləyir
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

“Ortabab” generallar

Reuters yazır ki, nazirliyin çox nadir hallarda təkziblə çıxış etməsi nəzərə alınarsa, Ukraynadakı Rusiya qüvvələrinin çətinliklərlə üzləşdiyi hiss olunur.

Bu da qeyd olunur ki, bəzilərinin auditoriyası yarım milyon və daha çox olan Rusiya hərbi bloggerləri son vaxtlar Moskva generallarının uğursuzluqlarını daha tez-tez tənqid edirlər.

Dəniz piyadalarının müraciətində komandanlar adbaad sadalanır və “ortabab” adlandırılır.

Qeyd edilir ki, onlar insanlarla “ət kütləsi” kimi davranırlar.

Kojemyako bildirib ki, əsgərlərin müraciəti ilə bağlı hərbi prokurorluğa təqdimat göndərib.

O deyib ki, müharibə şəraitində sosial mediada yayılan hər bir xəbər yoxlanmalıdır.

XS
SM
MD
LG