Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:25

Rusiyada müttəhimləri yenə qandallayırlar


Shackled: Leg Irons Reappear In Russian Courts
Shackled: Leg Irons Reappear In Russian Courts

Samarada hüquq müdafiəçiləri və vəkillər qətl törətməkdə təqsirləndirilənlərə və ömürlük məhkumların ayaqlarına qandal vurulması hallarını sadalayırlar

2021-ci ilin yazında Rusiya Daxili İşlər Nazirliyi (DİN) təqribən 70 milyon rubl (1,1 milyon dollar) dəyərində 15 min dəst ayaq qandalı üçün tender elan edib.

DİN-də adının açıqlanmasını istəməyən mənbə AzadlıqRadiosunun tenderlə bağlı sualı cavablandırarkən deyib:

“Bu gün qandallardan geniş istifadə olunmur. İndiki şəraitdə bu ağılsızlıqdır, insanlar bunu qeyri-insani rəftar hesab edər. Lakin təhlükəli cinayətkarlara qarşı bu xüsusi texnika lazımdır. İstənilən halda qandallardan geniş istifadə olunacağını düşünmürəm”.

Ancaq bu açıqlamaya baxmayaraq, vəkillərin AzadlıqRadiosuna dediyinə görə, Volqa çayının sol sahilindəki Samara şəhərində məhkəmə zallarında müttəhimlərə ayaq qandalları vurulub. DİN və Prokurorluq bu fakt barədə sorğulara cavab verməyib.

Polislər evlərindən gətirilir, zərərçəkənlər isə...

Bir neçə il əvvəl narkotik saxlamaqda təqsirli bilinərək həbs olunanlar indi məhkəmədə zərərçəkmiş statusundadırlar, Samaradan vəkil Eldar Qaroz deyir. Hazırda həmin işdə polis əməkdaşları sübutları saxtalaşdırmaq ittihamı ilə mühakimə olunur.

"Polis əməkdaşları məhkəməyə evlərindən, həbsdə olan zərərçəkənlər isə qandallanıb gətirilir", – Qaroz deyib.

Qandal qollara və ayaq biləyi ətrafına bağlanan, hərəkəti məhdudlaşdıran, ortası zəncirli alətdir.

"Zərərçəkənləri məhkəməyə gətirən məmurlar mənə qandallanmanın əmr olduğunu dedilər. Amma onlar əmrin haradan gəldiyini bilmir", – Qaroz bildirib.

İyunda baş vermiş insident

Yerli media isə yazıb ki, DİN qandallardan istifadə əmrini iyunda verib. Belə ki, İvan Kostyukov adlı məhbus onu yerli məhkəmə zalından çıxaran məhkəmə işçisinə hücum edib, silahını ələ keçirib və nəzarətçilərlə atışmaya başlayıb. Bu hadisədən sonra məhbuslar qandallanaraq aparılıb.

Rusiya məhkəmələrində qandalların görünməsi Moskvanın Ukraynaya hərbi müdaxiləsinin yeddinci ayına və ölkə daxilində hökumətin müxalifətə qarşı amansız repressiyalar apardığı dövrə təsadüf edib.

Minlərlə insan müharibə əleyhinə bəyanatlara və fəaliyyətlərə, eləcə də digər siyasi və ya ictimai fəaliyyətə görə saxlanılıb. Siyasi ittihamlarla bağlı məhkəmələr ölkədə gündəlik hal alıb.

DİN-in təlimatları

Samarada vəkili Yana Gelmelin bildirib ki, soyğunçuluq və bir sıra digər ittihamlarda günahlandırılan bir müvəkkili var. Bu şəxs hər məhkəmə iclasına qandalla gətirilsə də, dindirilmə zamanı bu qandallar açılıb.

Məhkumların məhkəmələrə gətirilməsi 2006-cı ildən DİN-in təlimatları ilə tənzimlənir. Həmin təlimatlarda qandallardan mütəmadi istifadə barədə yazılmayıb. Yalnız qaçma riski olan, xüsusi təhlükəli sayılan və ya ömürlük həbs cəzası çəkən məhbuslar üçün əl qandallarlından istifadə göstərilib.

Samaradakı hüquq müdafiəçiləri və vəkillər qətl törətməkdə təqsirləndirilənlərə və ömürlük məhkumların ayaqlarına qandal vurulması hallarını sadalayırlar.

Vəkil İrina Biryukova AzadlıqRadiosuna ömürlük həbs cəzası çəkən məhbusun qandallanması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət etdiyini deyib. Həmin iş hələ də baxılmaqdadır.

Avropa səviyyəli məhsullar

Siyasi mövzuda danışdığına görə həbs edilməsindən ehtiyat edərək soyadının gizlədilməsini xahiş edən İqor əl qandalları və bənzər məhdudiyyət üsulları ilə bağlı rusdilli forumun administratorudur.

O, 20-ci əsrin əvvəllərində Rusiyada qandalların yasaqlandığını, lakin indi tək Rusiya deyil, bir çox ölkədə onlardan istifadənin bərpa edildiyini deyib.

"Rusiyada müasir qandallar funksionallıq və təhlükəsizlik baxımından Mərkəzi Avropa məhsulları səviyyəsindədir", – İqor bildirib.

Keçmişdə beynəlxalq hüquq qrupları və AİHM Rusiyanı müttəhimlərin mühakimələri zamanı qəfəslərə salınmasına görə tənqid edilib. 2014-cü ildə AİHM qəfəslərdən istifadənin “insan ləyaqətinə xəyanət” və “sivil davranış standartlarına uyğun olmayan addım” kimi qiymətləndirib. Bu hal Rusiyada geniş yayılıb.

XS
SM
MD
LG