Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:04

Praqa Moskvaya çox kəskin cavab verir


Konevin heykəlinin Praqadakı parkdan götürülməsi
Konevin heykəlinin Praqadakı parkdan götürülməsi

"Çex Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının dövlət orqanları tərəfindən Çexiyanın daxili işlərinə qarışılmasını qətiyyətlə rədd edir”.

Bu bəyanat Çexiyanın Moskvadakı səfriliyinin saytında dərc edilib.

Bəyanatda deyilir ki, Çexiya tərəfi Moskvanı “qarşıdurma xarakterli bəyənatların” davam etdirilməsindən çəkindirir.

Bu da bildirilir ki, “əks halda” bu cür hərəkətlər Praqda Rusiyanın iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsində maraqlı olmadığı kimi qiymətləndirilə bilər.

Bəyanatda bildirilir ki, Çex Respublikası öz ərazisində 4224 hərbi məzarlığı, memorialları və abidələrilazımınca saxlamaqla hərbi məzarlıqların qorunmasına dair 1999-cu il tarixli Çexiya-Rusiya müqaviləsi üzrə öhdəliklərinə əməl edir.

Lakin əlavə edilir ki, sözü gedən müqavilə marşal Konevin abidəsinə şamil edilə bilməz.

Praqa Rusiya tərəfinə irad tutur ki, 1999-cu il müqaviləsinin şərtlərini, yerli səviyyədə uzun illərdir aparılan danışıqlara rəğmən Samara, Novokuybışevsk, Lipyaqa və başqa yerlərdəki çex legionerlərinin məzarlarının abadlaşdırılması məsələsi həllini tapmadığına görə Rusiya tərəfi pozub.

Bəyanatda marşal Konevin heykəli məsələsinə də aydınlıq gətirilir:

"Rusiya tərəfinin marşal İ.S.Konevin heykəlini əldə etmək marağının olduğu təqdirdə, bu heykəlin sahibi ilə danışıqlara başlamalıdır. Çex Respublikası heykəlin sahibi deyil”.

Bundan az əvvəl Rusiyanın İstintaq Komitəsi Praqada Konevin heykəlinin demontaj edilməsi ilə bağlı cinayət işi açıldığı barədə bəyanat vermişdi.

Komitə bildirirdi ki, cinayət işi “nasistlərə haqq qazandırılması” maddəsi üzrə aparılır.

Rusiya Praqada heykəlin sökülməsinə görə cinayət işi açır

Rusiya İstintaq Komitəsi aprelin 10-da bildirib ki, sovet marşalı Ivan Konevin heykəlinin Çexiya paytaxtındakı meydanlardan birindən götürülməsi ilə əlaqədar cinayət işi açır.

Komitə bildirib ki, cinayət işi “Rusiyanın hərbi şöhrət simvollarına ziyan vurulması” ittihamı ilə aparılır.

Rusiyanın Cinayət Məcəlləsi Çex Respublikasında qüvvəyə malik olmadığına görə bu cinayət işi də simvolik hesab oluna bilər, lakin hadisə iki ölkə arasında onsuz da soyuq olan münasibətləri daha da pisləşdirəcək.

Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko deyib ki, “belə açıq hörmətsizlik etməklə Praqa şəhər bələdiyyəsi Çex Respublikasının Rusiya-Çexiya arasındakı razılaşma və müqavilələr üzrə öhdəliklərini pozub, ortaq xatirəyə və Sovet xalqının faşizmə qarşı mübarizə tarixinə ehtiramsızlıq nümayiş etdirib”.

Praqa bələdiyyə rəsmiləri aprelin 3-də sovet marşalı Ivan Konevin şəhərdəki abidəsini demontaj ediblər.

Marşal Konev II Dünya Müharibəsi zamanı Praqaya daxil olan sovet qoşunlarının komandanı olub.

Lakin Çexiya rəsmiləri bildirirlər ki, Konevin qoşunları 1945-vi ilin mayında Praqaya gələndə, şəhər artıq yerli müqavimət qüvvələri tərəfindən nasistlərdən azad edilmişdi.

Shoigu-nun yerə düşən sözü

Çexoslovakiyanın kommunist rejimi tərəfindən 1980-ci ildə ucaldılımış abidə daim ziddiyyətlərə səbəb olurdu və 1989-cu ildə kommunizmin iflasından sonra dəfələrlə vandalizm hücumlarına məruz qalmışdı.

Konev habelə 1956-cı ildə Macarıstan üsyanının yatırılmasında və Berlin Divarının tikilməsində iştirak edən qoşunlara rəhbərlik etmişdi.

Bəzi tarixçilər inanırlar ki, marşal həmçinin 1968-ci ildə Çexoslovakiyaya sovet hərbi müdaxiləsinin hazırlanmasında iştirak edib.

Konev 1973-cü ildə vəfat edib.

Çex rəsmilər bildiriblər ki, heykəl başqa bir yerdə qoyulacaq, onun Praqadakı yerini isə şəhərin müqavimət döyüşçülərinə abidə tutacaq.

Moskva Konevin heykəlinin demontajına sərt reaksiya ilə etiraz bildirmişdi.

Aprelin 9-da Rusiyanın müdafiə naziri Sergei Shoigu çex həmkarı Lubomir Metnardan heykəlin Rusiyaya qaytarılmasını istəmişdi.

Metnar bundan imtina etmiş və heykəlin Çexiyaya məxsus olduğunu bildirmişdi.

XS
SM
MD
LG