Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:08

Rusiya bu ölkələrdən limon, nar idxalını dayandırır


Türkiyədə bazar
Türkiyədə bazar

“Reuters” belə məhdudiyyətlərin adətən siyasi motivli hesab olunduğunu yazır

Rusiya Türkiyə və İranın 33 istehsalçısından limon, narıngi, bibər, üzüm və nar idxalını dayandırıb. Səbəb kimi ərzaq təhlükəsizliyi qaydalarının pozulması göstərilib.

“Reuters” belə məhdudiyyətlərin adətən siyasi motivli hesab olunduğunu yazır. Rusiya isə bu iddiaları rədd edir.

NATO üzvü Türkiyə ilə Rusiyanın münasibətləri mürəkkəb dönəmdən keçir. Ankara bu yaxınlarda Ukraynaya Bayraktar TB2 satmaqla Moskvanı qəzəbləndirib.

“Rospotrebnadzor” isə bəyan edib ki, Türkiyədən 60 min ton üzüm və 10 min ton nar ölkəyə buraxılmayıb.

Bakıda meyvə-tərəvəz niyə bahalaşıb? Kələm əkən kəndli izah edir
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Lirə daha bir rekord qırır

Dekabrın 20-də Türkiyə lirəsi dollara qarşı daha bir rekord həddə düşüb. Sentyabrdan Prezident Receb Tayyib Ərdoğanın təkidi ilə faiz dərəcələrinin 500 bənd azaldılması lirənin son 30 gündə 35% dəyər itirməsi ilə sonuclanıb. Baxmayaraq ki, bu ay mərkəzi bank bazara 6 milyard dollarlıq müdaxilə edib.

Bu gün bir dollar 17.6 lirəyə qalxıb.

Ərdoğan isə bazar günü özünün iqtisadi siyasətini müdafiə edib.

“Faiz dərəcələrini azaldırıq. Məndən başqa şey gözləməyin. Bir müsəlman olaraq mən İslam qaydalarına əməl edəcəyəm”, – deyən Ərdoğan İslamda yüksək faizlə pul verməyin, sələmçiliyin günah sayılmasına eyham vurub.

Ötən ay Türkiyədə inflyasiya 21%-ə çatıb, gələn ilsə 30%-i keçəcəyi gözlənir. İqtisadçılar və müxalifətdən olan deputatların fikrincə, uçot dərəcəsinin sürətlə azaldılması məntiqsizdir, idxal qiymətlərinin şişməsilə nəticələnir.

XS
SM
MD
LG