Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:47

AP: Rusiya yarım milyard dollarlıq Ukrayna buğdası satıb


Arxiv fotosu
Arxiv fotosu

Buğda qaçaqçılığı ilə məşğul olan digər şirkətin “Birləşmiş Gəmiqayırma Korporasiyası” olduğu bildirilir

Fevralın sonunda müharibə başlayandan Rusiya 500 milyon dollarlıq Ukrayna buğdası satıb. Bunu “Associated Press” agentliyi və “Frontline” fondu üzə çıxarıb.

Jurnalistlər araşdırma zamanı peyk təsvirləri və radioötürücülərin məlumatlarından istifadə ediblər. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən Türkiyə, Suriya, Livan və digər ölkələrin limanlarına 50-dən artıq buğda daşıyan reysin izinə düşüblər.

Azı 17 reys

Jurnalistlər Rusiyanın bu ölkələrə buğdanı necə satmasının sxemini “Laodikiya” gəmisinin misalında təsvir edirlər. Belə ki, gəmi yayda Rusiyanın işğalı altında olan Melitopoldan ərzaq aparıb və Livanda limana yan alıb. Onda Kiyev gəmidə oğurluq buğda olduğunu deyərək Beyrutu gəmini müsadirə etməyə çağırıb. Ancaq Livan Kremlin tərəfini tutaraq deyib ki, 10 ton arpa və buğda unu oğurluq deyil və yükün boşaldılmasına icazə verib.

Buğda qaçaqçılığı ilə məşğul olan digər şirkətin “Birləşmiş Gəmiqayırma Korporasiyası” olduğu bildirilir. Bu şirkət filialı “Crane Marine Contractor” vasitəsilə Rusiya Ukraynaya işğala başlamazdan bir neçə həftə öncə üç yük gəmisi alıb. Həmin gəmilər Krımla Türkiyə və Suriya limanları arasında azı 17 reys vurublar, AP vurğulayır.

Bundan başqa, jurnalistlər iyulun əvvəlində sosial şəbəkələrdə yayılmış videoya diqqət çəkirlər. Videoda Melitopolda elevatora yaxınlaşan qatar və Rusiyanın “Aqro-Freqat” şirkətinin adı olan vaqonlar görünür.

Ankara

Araşdırmaçıların ehtimalına görə, buğda qanunsuz olaraq təkcə Liviyaya deyil, Suriya və Türkiyəyə də aparılır. Məhz Türkiyənin vasitəçiliyi ilə Odessa limanlarından taxıl daşınması üzrə razılıq əldə olunmuşdu. Jurnalistlər yazırlar ki, bir neçə əlamətə görə, Ankara oğurlanmış Ukrayna buğdasını əldə edir. Ancaq Türkiyə XİN daha öncə bəyan edib ki, oğurluğa hər hansı dəlil aşkarlanmayıb.

Tədqiqat müəlliflərinin danışdırdığı ekspertlərin fikrincə, belə bir miqyasda buğda oğurluğu hərbi cinayət sayıla bilər, çünki beynəlxalq hərbi qaydalara görə, talançılığa görə cinayət cəzası nəzərdə tutulub.

Kreml indiyədək Ukrayna buğdasının oğurlanması haqda deyilənləri qətiyyətlə rədd edib.

Rusiya, Ukrayna, türkiyə və BMT iyulun 22-də Ukraynanın Odessa, Çernomorsk və Cənub limanlarının buğda və digər aqrar məhsulların ixracı üçün açmaqla bağlı razılaşma imzalayıb. Rusiya və Ukrayna BMT və Türkiyə ilə imzaladığı oxşar sazişlər bu razılaşmanın qarantına çevrilib.

XS
SM
MD
LG