Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:33

Ankarada ABŞ və Rusiya kəşfiyyatlarının başçıları görüşür


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns

Türkiyənin Anadolu agentliyinin məluamtına görə ABŞ və Rusiya kəşfiyyatları arasında görüşün vasitəçiliyini Türkiyənin Milli Kəşfiyyat Təşkilatı edib

Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması Moskva üçün danışıqların ön şərti kimi qeyri-məqbuldur.

Bunu noyabrın 14-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O əlavə edib ki, Moskvanın danışıqlara hazır olduğunu prezident Vladimir Putin dəfələrlə bəyan edib:

“Amma bu danışıqlar təbii ki, yerdə yaranmış vəziyyəti nəzərə almalıdır”.

Bundan əvvəl noyabrın 11-də Rusiyanın Ukrayna ilə heç bir şərt qoyulmadan dialoqa hazır olduğunu xarici işlər nazirinin başqa bir müavini - Sergey Ryabkov bildirmişdi.

Ukrayna prezidenti Volodimir Zelenski isə deyir ki, Moskva ilə danışıqların ön şərti Rusiya qoşunlarının Krım da daxil, Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan bütün ərazisindən çıxarılmasıdır.

Vaşinqton Kiyevə təzyiq göstərməsə də...

Noyabrın 13-də The Wall Street Journal qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Ukraynanı Rusiya ilə danışıqlar üçün “realist” şərtlər qoymağa çağırıb.

Vaşinqton rəsmən Kiyev üzərinə Rusiya ilə danışıqlara getməsi üçün heç bir təzyiq göstərmir.

Prezident Co Bayden isə deyib ki, sülh tənzimləməsinin şərtləri Kiyevdən asılıdır.

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Son günlərdə Ukraynanın cəbhədəki uğurlarıl fonunda müxtəlif ölkələrin liderləri Kiyevi danışıqların bərpa olunmasına çağırıblar.

Ukrayna və Rusiya rəsmiləri arasında son üzbəüz təmas martın 29-da İstanbulda olub.

Noyabrın 14-də Fransa prezidenti Emmanuel Makron tərəfləri danışıqlar masasına qayıtmağa sövq etmək məqsədilə diplomatik səylərə çağırıb.

Bununla belə Fransa prezidenti France Interə müsahibəsində vurğulayıb ki, danışıqlar Ukraynaya sərfəli şərtlərlə keçirilməlidir.

Makron noyabrın əvvəllərində Moskva və Kiyevi danışıqlar üçün radikal şərtlər qoymamağa çağırmışdı.

Bu arada Avstriyanəın xarici işlər naziri Aleksander Şellenberq deyib ki, Rusiyanı “ləğv etmək” olmaz və Moskva ilə Kiyev arasında dialoq qapısı açıq saxlanmalıdır.

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Ankarada məxfi danışıqlar?

Ankarada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKI) direktoru Uilyam Börns və onun rusiyalı həmkarı arasında danışıqlar keçirilir.

Bu barədə məlumatı Reuters agentliyi Ağ Evdəki mənbəyə istinadla yayıb.

Reuter agentliyinin söhbət etdiyi mənbə bildirib ki, danışıqlarda Rusiya tərəfinin Ukraynada nüvə silahından istifadəsinin yarada biləcəyi nəticələr müzakirə olunub.

Xəbərdə deyilir ki, MKİ direktoru Ukrayna müharibəsini müzakirə etmir.

Rusiya tərəfindən danışıqlarda kimin iştirak etdiyi bildirilmir, amma Börnsün tərəf-müqabili Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkindir.

CNN-nin jurnalisti Nataşa Bertrand Twitter-də yazıb ki, Börns məhz Narışkinlə görüşür.

Jurnalistin yazdığına görə tərəflər nüvə təhlükəsi ilə yanaşı, həm də Rusiya həbsxanalarındakı ABŞ vətəndaşlarının məsələsini müzakirə edirlər.

Türkiyənin Anadolu agentliyinin məlumatına görə ABŞ və Rusiya kəşfiyyatları arasında görüşün vasitəçiliyini Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MIT) edib.

Bundan əvvəl Kommersant qəzeti isə yazırdı ki, noyabrın 14-də Türkiyənin Ankara şəhərində Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar başlanıb.

Qəzet xəbər verirdi ki, Rusiya tərəfindən danışıqlarda Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin istirak edir.

Mənbə danışıqların detallarını açmaqdan imtina edib.

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, o Ankarada Rusiya və ABŞ arasında danışıqlar aparıldığına dair xəbəri nə təkzib, nə də təsdiq edə bilər.

Rusiya və ABŞ nümayəndələri Moskva fevralın 24-də Ukraynaya müdaxilə edəndən bəri təmasda olmayıblar.

XS
SM
MD
LG