Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:38

Kreml Ukrayna ərazisində qurama referendum keçirir


Luhansk
Luhansk

Moskva səsvermə keçirilən ərazilərdən 1.6 milyonadək ukraynalını Rusiyaya deportasiya edib. Rusiya vətəndaşları isə Ukrayna ərazisinə daşınıb

Sentyabrın 23-də Rusiyanın Ukraynanın işğal etdiyi dörd ərazisinə təyin etdiyi administrasiyalar bu vilayətlərin Rusiyaya birləşdirilməsi üçün qondarma referendumlar keçirməyə başlayıblar. Moskvanın məqsədi həmin əraziləri ilhaq etməkdir.

Luhansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindəki Rusiyanın dəstəklədiyi administrasiyalar beynəlxalq hüquq və BMT xartiyalarına zidd olaraq səsvermə təyin ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski gecə müraciətində səsverməni qurama və qeyri-demokratik adlandırıb.

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Putinin planı

Sözügedən ərazilərdə səsvermə olacağı sentyabrın 20-də açıqlanıb, ayın 23-dən 27-cən anneksiya üzrə referendum keçiriləcəyi bildirilir. Ukrayna və Qərb ölkələri səsverməni qanunsuz sayacaqlarını deyiblər.

Son bir neçə həftədə Ukrayna ordusu həmin vilayətlərdə əkshücuma keçərək böyük ərazilərə nəzarətini bərpa edib.

Qərb rəsmiləri və ekspertləri deyirlər ki, Rusiya Prezidenti Vladimir Putin bu saxta referendumdan yararlanaraq Ukraynanın Rusiya ərazisini işğal etdiyini iddia etmək, daha sonra özünümüdafiə üçün nüvə silahından istifadəylə hədələmək istəyir. Bu isə Kiyevi və onu dəstəkləyən Qərb ölkələrini əlavə hərbi əməliyyatlardan çəkindirmək niyyəti güdür.

Putin bir neçə gün öncə səfərbərlik elan edəndə deyib ki, ölkənin ərazi bütövlüyünü qorumaq üçün bütün silah sistemlərinə əl atacaq.

Moskva səsvermə keçirilən ərazilərdən 1.6 milyonadək ukraynalını Rusiyaya deportasiya edib. Rusiya vətəndaşları isə Ukrayna ərazisinə daşınıb. Həmin dörd vilayətdən olan, Rusiyada yaşayan ukraynalılar səs verə biləcək.


Ukraynanın şərqində cəbhə zonası ‘mürəkkəb’dir

Ukrayna ordusu Xarkov vilayətinin şərqindəki Oskil çayının şərq sahilində mövqelərini təmin ediblər. Ukraynanın əkshücumundan sonra ərazidən tələsik çıxan Rusiya qüvvələri həmin yerdə müdafiə xəttini gücləndirməyə çalışırdılar.

Oskil Luhansk vilayətini ortadan bölən Severski Donyets çayının cənubundan axır. Luhansk Donetkslə birlikdə Donbası təşkil edir ki, Rusiya bu regionun tam zəbtini qarşısına hədəf qoyub.

Britaniya nazirliyi sentyabrın 23-də bildirib ki, Ukraynanın şərqində döyüş vəziyyəti mürəkkəb olaraq qalır, ancaq Ukrayna qüvvələri hazırda Rusiyanın “müharibədə əsas hədəflər saydığı” ərazilərə təzyiqi artırır.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sentyabrın 23-də yaydığı məlumata görə, Luhansk vilayətində Svatovoy yaxınlığında Rusiyanın general mayoru yaralanıb.

“Düşmən itki verməkdədir, xüsusilə rəhbərlikdə”, – Baş qərargah bəyanatında bildirib.

Yaralanan general mayor Oleq Tsokovun 20-ci Qvardiya Birləşmiş Ordusunun 144-cü motoatıcı diviziyasının komandiri olduğu bildirilir.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu fevralın 24-də müharibə başlayandan 6 minə yaxın Rusiya hərbçisinin öldüyünü açıqlayıb.

Ukrayna isə Rusiyanın 55 mindən çox itki verdiyini bildirir.

Bu rəqəmləri müstəqil təsdiqlətmək mümkün deyil.

XS
SM
MD
LG