Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:23

Koronavirus Rusiyada ‘Çernobıl vəziyyəti’ yarada bilər


Polis "koronavirus şübhəlisini" saxlayır
Polis "koronavirus şübhəlisini" saxlayır

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyada COVID-19 yoluxmasının pik nöqtəsi aprelin sonunda ola bilər və həkimlər ən ağır ssenariyə hazırlaşırlar.

Moksvadakı Seçenov Universitetinin müəllimlərinə xəbərdarlıq edilib ki, “tibb heyətinin təbii azalması” baş verəcəyi vəziyyət üçün onların adları ehtiyat siyahısına daxil edilib.

Rusiya Səhiyyə Nazirliyi xəstəxanalara tibb fakültələrini bitirməyən 40 minədək həkim göndərməyə hazır olduğunu bildirib.

Müdafiə Nazirliyi bildirir ki, lazım gələrsə, ordudan minlərlə hərbi həkim mülki xəstəxanalarda işə cəlb oluna bilər.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, belə bir taktikadan Çernobıl qəzası zamanı istifadə edilmişdi.

Bütün Rusiya üzrə aprelin 9-a olan məlumata görə 50 regionda 1459 yeni koronavirus yoluxması qeydə alınıb.

Rusiyanın 81 regionunda COVID-19-a indiyədək 10,131 yoluxma qeydə alınıb.

76 nəfərin vəfat etdiyi, 698 nəfərin sağaldığı xəbər verilir.

Moskva şəhəri və Moskva vilayəti yoluxmaların sayına görə liderdir.

Ən adi qorunma vasitələri çatışmır

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, paytaxtda koronavirus xəstələri üçün regional, federal və özəl klinikalarda 20 min çarpayı ayrılıb.

Müşahidəçilər Moskva xəstəxanalarının COVID-19 pasientlərinin qəbuluna hazırlığını “fəlakətli” adlandırırlar.

Xəstəxanalarda ən adi qoruma vasitələri, dava-dərman çatışmır.

Xəstəxanaların reanimasiya şöbələri artıq pnevmoniyalı pasientlərlə doludur, lakin onların çoxu hələ də koronavirus testi edilməyib.

Bir çox klinikalarda ağ ciyərin ventilyasıyası aparatları çatışmır. Onları çox vaxt qeyri-invaziv ventilyatorlarla əvəz edirlər.

AzadlıqRadisouna danışan həkimlər işsiz qalmasınlar deyə adlarının çəkilməsini istəməyiblər.

Rusiyanın rəsmi mediası isə real vəziyyət haqqında məlumat vermir, telekanallar vəziyyətin az-çox qənaətbəxş olduğu klinikaları göstərir.

“Dilənməyi dayandırın”

Həkimlər bunu da bildirirlər ki, onlar maddi dəstək üçün müxtəlif fondlara əl əaçmalı olurlar.

Bəzi fond və təşkilatlar köməklərini, real pul dəstəyini əsirgəmir.

Lakin Rusiyada həmişə olduğu kimi məsələyə siyasət müdaxilə edir.

Rusiya prezidenti Vladimir Putin ölkənin regionlarında koronavirusla mübarizəni qubernatorların öhdəsinə buraxıb.

Onlar isə mərkəzdən tənbeh olunacaqlarından qorxurlar.

Bugünlərdə Başqırdıstan Respublikasının rəhbəri Rady Khabirov həkimləri yardım üçün əhaliyə üz tutduqlarına görə tənqid edib.

Başqırdıstan rəhbəri Rady Khabirov
Başqırdıstan rəhbəri Rady Khabirov

O deyib ki, Başqırdıstan “çox zəngin respublikadır” və həkimlər “dilənməyi” dayandırmalıdırlar:

"Bu işləri qurtarın. Nə bilim mənə 50 sarğı verin, bir kilo xiyar verin... Rusiyada səhiyyə dövlətə aiddir və xəstəxanalarda hər şeyin olmasına da dövlət cavabdehlik daşıyır”.

Amma eyni zamanda Rusiya Səhiyyə Nazirliyi koronavirusa yoluxmuş pasientlərlə işləyən həkimlərə qənaət xatirinə eyni respiratorlardan təkrar istifadə etmək icazəsi verib.

XS
SM
MD
LG