Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Öldürülən, əsir düşən rusiyalı əsgərlər


Ukrayna əsgərləri Xarkovda
Ukrayna əsgərləri Xarkovda

Rusiyalı əsgərlərin fotoları, videoları və rəsmi sənədləri Telegram kanalında yerləşdirilir

Rusiya hökuməti Ukraynaya hücumda itkilərini açıqlamır. Ukrayna isə öldürülən, əsir götürülən əsgərlərin fotolarını yayır, rusiyalılardan onların kimliyinin müəyyənləşdirilməsində kömək istəyir.

Ukrayna Daxili İşlər Nazirliyi fevralın 27-də rusiyalı əsgərlərin qohumlarını onlayn platformalara yönəldib, orada öldürülən, yaxud əsir götürülən əsgərlərin fotolarını, videolarını tapmağa çağırıb.

Rusiyanın reaksiya vermədiyi deyilir

“İşi Svoyix” (Yaxınını axtar) adlı təşəbbüsün hədəfi Rusiyada müharibə əhvalını, hərbi əməliyyatlara dəstəyi sarsıtmaqdır.

Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib ki, Rusiya hökuməti əsgərlərin qalıqlarının qaytarılması məsələsinə reaksiya vermir.

“Buna görə də, Rusiya vətəndaşları, sizə müraciət etməyə məcburuq. Bizim ərazimizdə öldürülənləri, prezidentinizin qanunsuz və mənfur göstərişi əsasında sərhədi qanunsuz keçdiyinə görə öldürülənləri tapa bilərsiniz”, – Denisenko rəsmi videomüraciətində deyib.

Prezident Vladimir Putinin Ukraynaya fevralın 24-də başlatdığı müharibədə öldürülən, yaralanan, əsir götürülən Rusiya əsgərlərinin sayı açıqlanmır.

Rusiyanın neçə hərbçisi həlak olub

Ukrayna ordusu isə fevralın 27-də Rusiyanın müharibədə 4 min 300 hərbçisini itirdiyini bəyan edib. Ancaq onların neçəsinin ölü, yaralı, yaxud əsir olduğu bildirilmir.

Ukrayna ordusu bir gün öncə 3 min 500-dən çox rusiyalı əsgərin öldürüldüyünü açıqlasa da, bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb.

Conflict Intelligence Team (CIT) adı araşdırmaçı qrupun təsisçisi Ruslan Leviyev müharibədə indiyədək azı 500 rusiyalı əsgərin öldürüldüyünü bildirir.

“Rusiyanın Müdafiə Nazirliyi bircə itkini belə etiraf etmir…sanki heç itki yoxdur”, – Leviyev AzadlıqRadiosu-nun Amerikanın Səsi ilə birgə layihəsi olan “Current Time”a deyib.

Leviyevin müsahibəsindən az sonra Müdafiə Nazirliyi itkiləri etiraf etsə də, say açıqlamayıb.

Sanksiyalar Rusiya-Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

200rf.com

Ukraynanın rusiyalılar üçün açdığı vebsaytın URL-i 200rf.com-dur. “Cargo 200” öldürülən əsgərlərin meyitlərinin kodudur. Rusiyalı əsgərlərin fotoları, videoları və rəsmi sənədləri Telegram kanalında yerləşdirilir.

Foto və videolarda döyüşdə öldürülən əsgərlərin aşırı qrafik təsvirləri, əsir götürülən rusiyalı əsgərlərin kamera qarşısında dindirilməsi əks olunub.

Bir videoda rusiyalı hərbi əsir olduğu deyilən şəxsin qohumlarına yeri haqda məlumat verməsinə icazə verilir. Başqa bir videoda isə digər iddia olunan əsirin anasına və atasına mesaj göndərməsi istənilir.

AzadlıqRadiosu videolardakı şəxslərə bəyanat səsləndirmək üçün hansı növ işgəncə verildiyini dəqiqləşdirə bilməyib.

Denisenko müraciətində deyir ki, Ukrayna hərbi əsirlərlə “çox insani” davranır.

Bakıdakı rusdillilər Rusiyanın Ukraynaya təcavüzünə münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

DNT informasiyasını təqdim etməklə

Onun sözlərinə görə, valideynlər ödənişli xidmət olaraq vebsayta özlərinin DNT informasiyasını təqdim edə, bununla da müharibədə öldürülən əsgərlərin kimliyini müəyyənləşdirə bilərlər.

İndiyədək müharibədə bir rusiyalı əsgərin öldürülməsi rəsmi təsdiqlənib. Amma onu da Rusiya Müdafiə Nazirliyi deyil, Şimali Qafqazdakı Dağıstan regionunun başçısı təsdiqləyib.

2020-ci ilin oktyabrından regiona başçılıq edən Sergey Melikov Instagram-da yazıb ki, Rusiyanın hava-desant qüvvələrində xidmət edən dağıstanlı Nurmaqomed Hacimaqomedov döyüşdə həlak olub və o, “bu faciəvi xəbəri böyük təəssüflə qarşılayıb”.

Melikov Hacimaqomedovun necə öldüyünü açıqlamayıb.

XS
SM
MD
LG