Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:06

Sərhədsiz Reportyorlar: Rusiya müstəqil medianı 'tədricən' öldürür


Bəyanatda deyilir ki, Rusiyada hələki yalnız “bir ovuc” müstəqil media hakimiyyətin təzyiqləri fövqündə salamat qala bilib
Bəyanatda deyilir ki, Rusiyada hələki yalnız “bir ovuc” müstəqil media hakimiyyətin təzyiqləri fövqündə salamat qala bilib

Sərhədsiz Reportyorlar (RSF) beynəlxalq jurnalist təşkilatı xəbərdarlıq edib ki, Rusiyada müstəqil media “tədricən yox olur”.

Təşkilat Rusiya prezidenti Vladimir Putini ölkənin “mürtəce xarici agent qanununu” ləğv etməyə çağırıb.

Yeri gəlmişkən, bu qanundan AzadlıqRadiosunun hədəflənməsi üçün də istifadə edilib.

İyunun 16-da açıqlanmış bəyənatında təşkilat diqqəti Rusiyada mənzillənən VTimes saytının çökməsinə və Latviyada mənzillənmiş Meduza saytı da daxil, başqa mediaları da eyni aqibətin gözləyə biləcəyinə çəkir.

Bəyanatda deyilir ki, Rusiyada hələki yalnız “bir ovuc” müstəqil media hakimiyyətin təzyiqləri fövqündə salamat qala bilib.

RSF bildirir ki, Dojd telekanalına, Şimali Qafqazdakı Fortanga və Çernovik, Kalininqradda mənzillənən Novıye Kolesa medialarına qarşı hədə kampaniyası davam edir.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Janna Kavaliyer deyib ki, son illərdə Rusiyanın media landşaftından müstəqil medianın tədricən yoxa çıxması və bu prosesin sürətlənməsi narahatlıq doğurur:

"Biz Vladimir Putini və Rusiyanın ədliyyə nazirini media plüralizmini sarsıdan, müstəqil medianı boğan və tədricən öldürən “xarici agent” qanununu dərhal ləğv etməyə çağırırıq”.

Kreml opponetlərini aradan qaldırır

Rusiyanın “xarici agent” qanunu kimi tanınan qanunvericilik aktı 2012-ci ildə qəbul olunub və sonralar dəfələrlə dəyişdirilib.

Bu qanun Rusiya hökumətinin nəzərində siyasətlə məşğul olan xarici mənbədən qrant alan yerli QHT-lərdən xarici agent kimi qeydiyyatdan keçmələrini tələb edir.

Qanuna son dəyişikliklərdən sonra AzadlıqRadiosu da daxil, xarici medialar da hədəflənib.

AzadlıqRadiosu və onun jurnalistləri dəfələrlə cərimələnib və onların bank hesabları dondurulub.

AzadlıqRadiosu bu cərimələri “dövlət tərəfindən sponsorlaşdırılan təqib və təhdid kampaniyası” adlandırıb.

Vətəndaş cəmiyyəti fəalları bildirirlər iki, Kreml “xarici agent” qanunu ilə özünün opponentlərini aradan qaldırır.

Hökumət bu sahədə xüsusilə də Dövlət Dumasına seçkilər ərəfəsində canfəşanlıq edir.

RSF bildirir ki, Rusiya hökuməti media qurumlarını sıradan çıxarmaq məqsədilə ənənəvi və internet mediasını hədəfləyən 20-dək qanun irəli sürüb.

XS
SM
MD
LG